İmam Rzanın (ə) hədisinə əsasən valideynə zülm etməyin 5 bəlası vardır?!
Muhəmməd ibni Sənan nəql edir: “Həzrət İmam Rza (ə) yazdığı məktubda mənə buyurmuşdu:
“Allah ağvalideyn olmağı və onlara itaətsizlik etməyi haram buyurmuşdur və onun sirri bir neçə şeydir:
1. Valideynə itaətsizlik edəndə, insan Allah Təalaya itaət tövfiqindən xaric olur.
2. Ağvalideyn olmaq səbəb olur ki, insan ata və anasına təzim etməsin. (Hörmət etməsin).
3. Valideynə itaətsizlik – insanı nemətə küfrdən çəkinməkdən saxlayar.
4. Ağvalideyn olmaq – nemətə şükrü məhv edər.
5. Ağvalideyn olmaq – nəslin qət olmasına səbəb olar. Bütün bunların səbəbi odur ki, övlad ata və anaya yaxşılıq etməyi tərk edər”./Deyerler.