Niyə behiştin qapılarının sayı cəhənnəmin qapılarının sayından çoxdur?


... Başqa hədisdə oxuyuruq: “Qılınclar, behiştin qapılarıdır”. İmam Baqir (ə) buyurur: “Behiştin səkkiz qapısı vardır”. Bəs niyə behiştin qapılarının sayı səkkiz və cəhənnəmin qapılarının sayı yeddi rəqəmi ilə zikr olunur? Niyə behiştin qapılarının sayı cəhənnəmin qapılarından çoxdur? Əgər məntiqə müraciət etsək, görərik ki, Allah bu yolla bəndələrinə demək istəyir ki, baxmayaraq ki, bədbəxtlik və əzab qapıları çoxdur, ancaq insanların saədətə və xoşbəxtliyə çatmaq qapıları daha çoxdur. Yəni, insan behişt üçün xəlq olunmuşdur. Əgər səy göstərsə və çalışsa, Allah onun üçün səadət qapılarını açar və cəhənnəmdən qoruyar. Hər şey insanın seçimindən asılıdır.


İnsan yatan zaman \"Bismilləhir-Rahmənir-Rahim\" deyərsə nələr qazanmış olar?!


Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim miniyinə minər və “Bismillah” deyər, o, miniyindən enənə qədər, mələk onu qorumaq üçün onunla birlikdə miniyə əyləşər.
Əgər minən zaman “Bismillah” deməzsə, şeytan onun yanında əyləşər və ona deyər ki, mahnı oxu. Əgər cavab versə ki, yaxşı bacarmıram, deyər, onda zümzümə et”.
Ümid edirik ki, səfərə çıxan zaman yanınızda həmişə mələk əyləşər, lənətlik şeytan deyil. Şeytanın (lən) şərik olduğu digər işlərə də diqqət edək. Amma zahirən sadə bir kəlmə ilə insan yatan zaman da savab qazanar. Hz Peyğəmbər (s) buyurur: “Nə zaman bəndə yatan zaman \"Bismilləhir-Rahmənir-Rahim\" deyər, Allah mələklərinə buyurar: “Nəfəslərinin sayı qədər səhərəcən onun üçün həsənə yazın”.


İslam Peyğəmbəri (s) həzrət Əliyə (ə) 600 min kəlməni 6 kəlmədə cəm edib buyurdu!


“Еy Әli! Аltı yüz min qоyun istәyirsәn, yа аltı yüz min dinаr, yахud, аltı yüz min kәlmә? Әrz еtdi: Аltı yüz min kәlmә istәyirәm. Pеyğәmbәr (s) buyurdu: Аltı yüz min kәlmәni аltı kәlmәdә хülаsә еdirәm. Еy Әli! Cаmааt müstәhәb işlәrlә mәşğur оlаrkәn, sәn vаcib işlәri yеrinә yеtir. Cаmааt dünyа üçün çаlışаrkәn, sәn ахirәt üçün çаlış. Cаmааt bаşqаlаrının еyiblәrini ахtаrаrkәn, sәn öz еyiblәrinlә mәşğul оl. Cаmааt dünyаsını bәzәyәrkәn, sәn ахirәtini bәzә. Cаmааt әmәllәrini аrtırаrkәn, sәn хаlis әmәl üçün zәhmәt çәk. Cаmааt mәхluqа әl аçаrkәn, sәn isә Хаliqә әl uzаt.”


İslam alimi Seyyid Tavus oğluna hansı əməlin fəzilətinə diqqətli olmağı tapşırır?!


Seyid ibn Tavusun öz oğluna vəsiyyətindən-Cihad bölməsi: Bil ki, bütün dünya və hər bir şey onu xəlq edənin, ona vücud bağışlayanın mülküdür!
Ey əziz oğlum! Allah cəllə cəlaluh səni nəfsinlə cihada və Allahdan uzaqlaşdıran hər bir kəsə qarşı cihadla şərəfləndirsin. Üstəlik, sənə elə bir qüvvə versin ki, cihad sənin üçün asanlaşsın, Allaha yaxınlaşmaq üçün etdiyin əməllərdən həzz alasan.
Bil ki, əgər cihad ona itaət etməli olduğun bir kəsin hüzurunda sənə vacib olsa, o (Allahın salamı olsun ona) sənə kifayət edər və cihad vəzifələrini sənə öyrədər. Mən də Allahın cihad barədə mənə inayət etdiklərini sənin üçün yazıram və bu qədər mənim üçün bəsdir...


İmam Əlinin (ə) hədisinə əsasən imanın əsası nədir?!


Yaxşılıq və xeyirxahlıq- Allah özünü öyənləri və lovğalıq edənləri sevmir! \"Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz (kölə və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü öyənləri və lovğalıq edənləri sevmir.\" (Nisa, 36). İzah: Dinin ictimai əxlaq sahəsində ən əsas göstərişlərindən biri “ehsan” – yaxşılıq və xeyirxahlıqdır. Buna görə də bir çox Quran ayəsi başqalarına yaxşılıq etməyin fəzilətinə həsr olunmuşdur. Hədis: İmam Əli (ə): “İmanın başında insanlara yaxşılıq etmək dayanır.” (Qürərul-hikəm, c. 4, səh. 52).


Quran və hədislərə əsasən namazın vacibliyi aşkar şəkildə deyilmişdirmi?!


Namazın vacib olması: Quranda 90 dəfədən çox bir başa namaza işarə olunmuşdur: \"Şübhəsiz, namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir.\" (Nisa, 103). İzah: Namaz bütün ilahi dinlərdə olmuş ən böyük ilahi vacibdir. Çünki Allahla möhkəm və keçərli ünsiyyət, fəsad bataqlığında qərq olmamaq vasitəsidir. Namaz, Allaha aşkar bəndəlik və itaət nişanəsidir. Quranda 90 dəfədən çox bir başa namaza işarə olunmuşdur...
Hədis: İslam peyğəmbəri (s): “Namaz (Allah tərəfindən) qoyulan ən yaxşı vəzifədir. Odur ki, kim istəsə az, kim istəsə çox, namaz qılsın.” (Xisal, səh. 523, hədis: 13).




Həzrəti Peyğəmbrin (s) hədisinə əsasən Allah-Taaladan (c.c) nəyi daha çox istəməliyik?!


... Əziz İslam peyğəmbəri (s) qarşımıza çıxan bütün qəm-qüssə və çətinliklərin həlli yolunu “istiğfarda” (Allahdan əfv diləməkdə) görür. Peyğəmbər (s) buyurub:
“Hər kim Allahdan əfv diləməyi çoxaldarsa, Allah onun üçün qəm-qüssələrdən bir çıxış yolu, sığıntılardan bir qurtuluş yolu açar.” (Nurus-səqəleyn təfsiri) İnsanın hər hansı bir işdə günahının olub olmamasından, günahının kiçik və böyük olmasından aslı olmayaraq qəlbi ilə, dili ilə əfv diləməsi onun Allah qarşısında acizliyinin, möhtaclığının nişanəsi və təsdiqidir. İnsan əfv dilməklə öz bəndəçiliyini və Allahın rübubiyyətini (Rəbb olmasını) təsdiq edir. Belə bir halda və düşüncədə olan insan fəsd və günahdan uzaq olar. Nəinki günah və pisliklərə aludə olmaz, hətta bu haqqda düşünməz belə. Bunun da nəticəsində rəhməti geniş olan Allah onun üçün qəm-qüssələrdən bir çıxış yolu, sıxıntılardan bir qurtuluş yolu açar.


Hansı günahlardır ki, dünyada cəzası insana tez dəyər?!


.Hz peyğəmbər (s) buyurub: Üç xislət (əməl) vardır ki, onun əks təsiri insanın özünə qayıdar. Bunlar zülm, hiylə və vədinə dönük çıxmaqdır.”
Qeyd olunan əməllərin hər üçü bəyənilməyən, pis əməllərdir. Zülüm, digərlərinə qarşı hiyləgərlik və vədinə xilaf olmaq insanı həm dünyada, həm də axirətdə üzü qara edər. Axirətdə etdiklərinin cəzasını görən. Dünyada isə mütləq, etdikləri qarşısına çıxar. Zülm etsən zülm görərsən...


Hədislərə əsasən günahların qapısını hansı əməllə bağlamaq olar?!


Şeytandan Allaha sığınmaq (istiazə)! Günah qapılarını istiazə ilə (Şeytandan Allaha sığınmaqla) bağlayın -- \"Quran oxuduqda qovulmuş şeytandan Allaha sığın!\" (Nəhl, 97). İzah: Quran oxumaq Allahla ünsiyyətdir. Məlumdur ki, Allahla ünsiyyətdə olmaq və dərin Quran ayələrinə qulaq vermək üçün ruhun təmizliyinə və nəfsani aludəliklərdən uzaq olmağa ehtiyac var. Digər tərəfdən əxlaqi qəbahətlərdən uzaq olmaq və Quran mənəviyyatını qəbul etməyə hazır olmaq üçün Allahın lütf və mərhəmətinə ehtiyac var.
Hədis: İmam Sadiq (ə): “Günah qapılarını istiazə ilə (Şeytandan Allaha sığınmaqla) bağlayın və itaət qapılarını Allahın adı ilə açın.” (Dəəvat, Ravəndi, səh. 52, hədis: 130).


Həm dünyası, həm axirəti gözəl olanlardan olmaq – insanların 4 dəstəsi!


İnsanlar axirətə münasibət baxımından dörd dəstəyə bölünərlər ki, onlarla tanış olaq:
1. Axirəti olmayan dünyapərəstlər. 2. Həm dünyası və həm axirəti olmayanlar. 3. Dünyası olmayan axirətpərəstlər. 4. Həm dünyası və həm axirəti olanlar.
Əgər Allah Təala bir bəndəsi üçün həm dünyanı və həm də axirəti arzu edərsə, həmin bəndəsinə sonsuz kəramət bəxş etmiş olar. Quran həm dünyası və həm də axirəti olanlara xitab edərək buyurur: 1. “Əgər dünyada və axirətdə Allahın sizə lütf və mərhəməti olmasaydı, girişdiyiniz işə görə sizə mütləq böyük bir əzab yetişərdi”. (“Nur” 14).
2. «Ey Rəbbim, Sən mənə səltənət və hökümətdən pay verdin və yuxuların yozumunu və hədislərin (səma kitablarının və peyğəmbərlərin kəlamlarının) təfsirini öyrətdin! Ey göyləri və yeri yaradan! Sən dünyada və axirətdə mənim yardımçım və başçımsan. Mənim canımı (Sənin əmrinə) təslim olduğum halda al və məni salehlərə qovuşdur». (“Yusif” 101).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter