Niyə behiştin qapılarının sayı cəhənnəmin qapılarının sayından çoxdur?


Qurani-Kərim buyurur: “«Və onların hamısının vədə yeri, mütləq cəhənnəmdir». Onun yeddi qapısı vardır, hər qapı(dan daxil olmaq) üçün onların bir hissəsi bölünmüşdür. [Yaxud: Onun yeddi təbəqəsi vardır ki, hər bir təbəqə üçün cəzalarının müxtəlifliyinə görə onların bir dəstəsi bölünmüşdür”. (“Hicr” 43-44).

Bu ayənin zikr etdiyi cəhənnəmin yeddi qapısı – günah qapılarıdır ki, cəhənnəm əhli günahına əsasən həmin qapıdan cəhənnəmə daxil olar.

Qurani-Kərim buyurur ki, cəhənnəmin yeddi qapısı vardır, ancaq bəzən Quranda adı çəkilən rəqəmlər çoxluq mənasını verir, məhz yeddi dənə olduğunu bəyan etmir. Necə ki, bu ayədə oxuyuruq: “Və əgər yer üzündəki hər ağac bir qələm olsaydı və dəryaya yeddi dərya belə qoşulsaydı (mürəkkəb olsaydı, Allahın yaratdıqlarından ibarət olan kəlmələrini yazmaqla), Allahın kəlmələri tükənməzdi; çünki Allah yenilməz qüdrət və hikmət sahibidir (Onun qüdrətinin və hikmətinin feyzi hüdudsuzdur)”. (“Loğman” 27).

Bu ayədən göründüyü kimi, yeddi rəqəmi çoxluğa işarə edir. Ona görə də ola bilsin ki, cəhənnəmin qapılarının sayı yeddidən çox olsun. İmam Əlidən (ə) “Nəhcul-bəlağə”dən nəqi edilir: “Cihad, behişt qapılarından biridir ki, onu xüsusi bəndələrinin üzünə açar”.

Başqa hədisdə oxuyuruq: “Qılınclar, behiştin qapılarıdır”. İmam Baqir (ə) buyurur: “Behiştin səkkiz qapısı vardır”.
Bəs niyə behiştin qapılarının sayı səkkiz və cəhənnəmin qapılarının sayı yeddi rəqəmi ilə zikr olunur? Niyə behiştin qapılarının sayı cəhənnəmin qapılarından çoxdur?

Əgər məntiqə müraciət etsək, görərik ki, Allah bu yolla bəndələrinə demək istəyir ki, baxmayaraq ki, bədbəxtlik və əzab qapıları çoxdur, ancaq insanların saədətə və xoşbəxtliyə çatmaq qapıları daha çoxdur. (Beytutə)

Yəni, insan behişt üçün xəlq olunmuşdur. Əgər səy göstərsə və çalışsa, Allah onun üçün səadət qapılarını açar və cəhənnəmdən qoruyar. Hər şey insanın seçimindən asılıdır./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter