Həm dünyası, həm axirəti gözəl olanlardan olmaq – insanların 4 dəstəsi!


İnsanlar axirətə münasibət baxımından dörd dəstəyə bölünərlər ki, onlarla tanış olaq:

1. Axirəti olmayan dünyapərəstlər.
2. Həm dünyası və həm axirəti olmayanlar.
3. Dünyası olmayan axirətpərəstlər.
4. Həm dünyası və həm axirəti olanlar.

Əgər Allah Təala bir bəndəsi üçün həm dünyanı və həm də axirəti arzu edərsə, həmin bəndəsinə sonsuz kəramət bəxş etmiş olar. Quran həm dünyası və həm də axirəti olanlara xitab edərək buyurur:

1. “Əgər dünyada və axirətdə Allahın sizə lütf və mərhəməti olmasaydı, girişdiyiniz işə görə sizə mütləq böyük bir əzab yetişərdi”. (“Nur” 14).

2. «Ey Rəbbim, Sən mənə səltənət və hökümətdən pay verdin və yuxuların yozumunu və hədislərin (səma kitablarının və peyğəmbərlərin kəlamlarının) təfsirini öyrətdin! Ey göyləri və yeri yaradan! Sən dünyada və axirətdə mənim yardımçım və başçımsan. Mənim canımı (Sənin əmrinə) təslim olduğum halda al və məni salehlərə qovuşdur». (“Yusif” 101).

3. “Və (kafirlərin casusları tərəfindən) təqvalılara deyilər: «Rəbbiniz nə nazil etmişdir?» Deyərlər: «(Başdan-başa)xeyir və yaxşılıq (gözəl hökmlər və gözəl savablar)»! (Bəli) yaxşılıq edənlər üçün bu dünyada gözəl mükafat (pak və gözəl həyat) vardır və şübhəsiz, (onlar üçün) axirət evi daha yaxşıdır. Təqvalıların evi necə də gözəldir!”. (“Nəhl” 30).

4. “Və zülmə məruz qaldıqdan sonra Allah (yolun)da hicrət etmiş kəsləri şübhəsiz, dünyada gözəl bir yerdə yerləşdirəcəyik. Və əlbəttə, əgər bilsələr, axirət mükafatı daha böyükdür”. (“Nəhl” 41).


5. “Və ona dünyada gözəl həyat (bütün ümmətlər tərəfindən qəbul olunmaq xüsusiyyəti, uzun ömür, saleh övladlar və çoxlu sərvət) verdik və əlbəttə o, axirətdə salehlərdən olacaqdır”. (“Nəhl” 122).

6. “Allah iman gətirmiş kəsləri möhkəm söz (tövhid kəlməsi) ilə dünya həyatında və axirətdə sabitqədəm edir. Və həmçinin, Allah zalımları zəlalətdə boşlayır. Allah istədiyini edir”. (“İbrahim” 27).

7. “Həqiqətən Biz Öz peyğəmbərlərimizə və (onlara) iman gətirənlərə dünya həyatında (müharibələrdə qələbə nəsib etməklə və xeyir işləri ilham etməklə) və (peyğəmbərlər, məsumlar və mələklərdən ibarət əməl) şahidlərin(in) ayağa qalxdıqları gündə (Qiyamətdə mükafat və cəzanın icrası istiqamətində) kömək edərik”. (“Ğafur” 51).

8. “Biz dünya və axirətdə sizin başçı, dost və yoldaşlarınızıq. Orada nəfsiniz (maddi nemətlərdən) nə çəksə və (mənəvi ləzzətlərdən qəlb və dil ilə) hər nə istəsəniz – hazırdır”. (“Fussilət” 31).

9. “(Yada sal) o zaman(ı) ki, mələklər dedilər: «Ey Məryəm, həqiqətən, Allah sənə Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlmə (Onun «ol» deməyi ilə bətndə yaranan bir övlad) ilə müjdə verir ki, o, dünya və axirətdə cəlal və ehtiram sahibi və (Allah dərgahına) yaxınlardandır»”. (“Ali-İmran” 45).

10. “İbrahimin dinindən öz qədir-qiymətini bilməyən və özünü nadanlığa vurandan başqa kim üz döndərər?! Şübhəsiz, Biz onu bu dünyada (peyğəmbərlik, İmamlıq və hikmət üçün) seçdik və o, axirətdə (də) mütləq saleh (bəndə)lərdən olacaqdır”. (“Bəqərə” 130).

İmam Baqir (ə) buyurur: “Necə də dünya, axirəti əldə etmək üçün gözəl köməkdir!”. Həzrət Peyğəmbər (s) buyurur: “Dünyan üçün elə iş gör ki, sanki həmişə sağ qalacaqsan. Axirətin üçün elə iş gör ki, sanki elə sabahısı öləcəksən”. (Tebyan)

Təbii ki, dörd dəstə insan içərisindən ən xoşbəxt olanı o kəslərdir ki, həm dünyaları vardır və həm də axirətləri. Həm dünyaya malik olarlar, həm də axirətə. Dünyadan bəhrlənib, axirətləri üçün azuqə toplayarlar. /Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter