Yer üzündə neçə İl qaldınız?


Cavab: Allah-təala qiyamət günü kafirlərdən soruşar: «Yer üzündə neçə il qaldınız?» Onlar cavab verər: «Bir gün, yaxud bir gündən də az».(«Möminun» surəsi, ayə 112-113.)...


Nə üçün İnsanların əksərİyyətİ həqİqəti xoşlamır?


Cavab: Ola bilsin ki, bu mövqeyə etiraz edənlər tapıla. Axı ən qəddar cinayətkarlar da, həqiqəti sevdiklərini iddia edirlər. Burada iki mühüm nöqtəni qeyd etmək zəruridir....


Bər-bəzəklİ yaşayışın İmana təsİrİ varmı?


Cavab: Allah-təala Qurani-kərimin müxtəlif ayələrində insanı ibadət üçün xəlq etdiyini buyurur. Bu da aydındır ki, qəlbdə Allah sevgisi olmadan əyilib-düzəlməyin heç bir faydası yoxdur. Qur´anda bu barədə buyurulur: «Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər».(«Maun» surəsi, ayə 4, 5.)...


Qəlbdə həqİqətə şübhə doğuran kİmdİr?


Cavab: Batilə arxa çevirib, həqiqətə üz tutan insan şeytanın hədəfinə çevrilir. «O şeytan ki, insanların ürəklərinə vəsvəsə salır».(«Nas» surəsi, ayə 5.) Quran ayələrindən məlum olur ki, bu vəsvəsələrdən kimsə suğortalanmamışdır: «(Ya Məhəmməd) Səndən əvvəl də elə bir rəsul, elə bir nəbi göndərmədik ki, şeytan onun arzu-diləyinə bir xələl qatmasın. Lakin Allah şeytanın vəsvəsəsini batil edər».(«Həcc» surəsi, ayə 52.)...


Allahın qurbanlığa ehtiyacı varmı?


Cavab: Bəşər tarixində qurbanlıq haqqında ilkin məlumatla Adəm peyğəmbərin iki oğlunun əhvalatında rastlaşırıq. «Onlar qurban gətirdikləri zaman birinin qurbanı qəbul edilmiş, digərinin isə qəbul olunmamışdır»(«Maidə» surəsi, ayə 27.)...


İnsan həyatı hansı mərhələlərdən İbarətdİr?


Cavab: «Həcc» surəsinin 5-ci ayəsində buyurulur: «Həqiqətən, biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, sonra tam şəklə düşmüş və ya düşməmiş «muzğə»dən (çeynənmiş ətə oxşar şey) yaratdıq ki, sizə göstərək. İstədiyimizi ana bətnində bir müddət saxlar, sonra uşaq şəklində doğurarıq. Sonra məqsəd yetkinlik həddinə çatmağınızdadır. Bu arada kimi ölər, kimi də ömrün elə rəzil həddinə çatar ki, bildiklərini unudar»....


İnsan «tələskənlİkdən» yaradılıb?


Cavab: «Ənbiya» surəsinin 37-ci ayəsində buyurulur: «İnsan tələskənlikdən yaradılıb». Bu ayənin «insan tələskən yaradılıb» kimi tərcümə edilməsi doğru deyildir. Ayə ərəbcə belə ifadə olunur: «xuliqəl-insanu min əcəlin»....


Müxalİflərlə necə rəftar etməlİ?


Cavab: İnsanları doğru yola dəvət edib günahdan çəkindirmək, hər bir müsəlman üçün vacib olan dini vəzifələrdəndir. Cəmiyyətdə müəyyən mövqe seçmiş insanlar, təbii olaraq müxaliflərlə üzləşir. Bu müxaliflər sülhsevər və təcavüzkar olmaqla, iki qrupa bölünürlər. Birinci qrup müxalifətlə məntiq və əxlaqla rəftar etmək olduqca təsirlidir....


İnsana həqİqətİ anlamaqda mane olan nədİr?


Cavab: Həqiqət nə qədər aşkar görünsə də, onu kor gözlə görmək mümkün deyil. Həqiqəti tanımaq üçün onun aşkar görünməsi nə qədər zəruridirsə, görən gözə də bir o qədər ehtiyac vardır. Axı kor, günəşin işığını necə görə bilər?!


«Zikr əhli» kimdir?


Cavab: «Nəhl» surəsində «bilmədiyinizi zikr əhlindən soruşun» buyurduğunda, kimə müraciət olunması nəzərdə tutulur?
İmam Əli ibn Musa ər-Riza (ə) buyurur: «Zikr əhli bizik və bizdən də soruşmalısınız». İmam Baqir (ə): «Zikr Quran, zikr əhli isə, Peyğəmbərin (s) Əhli-beytidir. Onlardan da soruşmaq lazımdır»...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter