Yer üzündə neçə İl qaldınız?


Cavab: Allah-təala qiyamət günü kafirlərdən soruşar: «Yer üzündə neçə il qaldınız?» Onlar cavab verər: «Bir gün, yaxud bir gündən də az».(«Möminun» surəsi, ayə 112-113.)
Həqiqətən, axirət həyatı ilə müqayisədə dünya həyatı olduqca qısadır. Lakin nəfs istəklərinə uyub, dünyanın bər-bəzəyinə baş qatan insan, bu dünyada əbədi yaşayacağını zənn edir. Agah və imanlı insanlar isə, heç zaman belə düşünmür.
Həzrət Peyğəmbər (s) buyurur: «Dünyanın şirinliyi axirətin acılığı, dünyanın acılığı axirətin şirinliyidir». Başqa bir hədisdə buyurulur: «Bütün xətaların başlanğıcı dünya sevgisidir».
Həzrət Əli (ə) buyurur: «Qəlbini dünya məhəbbəti tutmuş şəxs, Allah sevgisində iddialı ola bilməz».
Başqa bir hədisdə belə buyurur: «Ən böyük günah, dünya sevgisidir».
70 illik bir ömrün cəmi 614880 saatdır olduğunu nəzərə alsaq, dünya həyatını əyləcədə keçirməyin nəticəsi aydın olar: qiyamət günündə üzücü təəssüf və gecikmiş yalvarışlar!: «Ey Rəbbimiz, bizi cəhənnəm odundan çıxar! Əgər bir də pis işlərə qayıtsaq, şübhəsiz ki, zalım olarıq».(«Möminun» surəsi, ayə 107.)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter