Müxalİflərlə necə rəftar etməlİ?


Cavab: İnsanları doğru yola dəvət edib günahdan çəkindirmək, hər bir müsəlman üçün vacib olan dini vəzifələrdəndir. Cəmiyyətdə müəyyən mövqe seçmiş insanlar, təbii olaraq müxaliflərlə üzləşir. Bu müxaliflər sülhsevər və təcavüzkar olmaqla, iki qrupa bölünürlər. Birinci qrup müxalifətlə məntiq və əxlaqla rəftar etmək olduqca təsirlidir. «Nəhl» surəsinin 125-ci ayəsi uyğun mövzudan bəhs edir. Qurani-kərimin bir sıra başqa ayələrinə də istinad edərək, müxaliflərlə rəftar üsullarını aşağıdakı ardıcıllıqla proqramlaşdırmaq olar:
1. Allahın yoluna hikmətlə dəvət et;
Hikmət dedikdə elm, məntiq, dəlillər nəzərdə tutulur. Bu üsulla yatmış düşüncələri oyatmaq mümkündür.
2. Gözəl öyüd-nəsihətlə dəvət et;
İnsanlar xaraktercə gözəlliyə meyilli olduqlarından, kobud şəkildə ifadə olunmuş həqiqətə maraq göstərmirlər.
3. Ən gözəl şəkildə, şirin dil və mehribanlıqla dəvət et;
4. Təcavüzkar müxaliflərlə rəftarda ədalətli ol. Artıq cəza, zülm və günahdır;
5. Sizə cəza vermiş müxalifəti səbir edib bağışlasanız, daha yaxşıdır;
Ühüd döyüşündə kafirlər Peyğəmbərin (s) əmisi Həmzəni öldürməklə kifayətlənməyib, ciyərini və ürəyini çıxarmış, burnunu və qulağını kəsmişdilər. Həzrət Peyğəmbər (s) düşməndən intiqam almaq haqqında düşünərkən, ayə nazil oldu: «Əgər səbir etsəniz, bu, daha xeyirlidir».(«Nəhl» surəsi, ayə 126.) Peyğəmbər (s) ərz etdi: «Səbir edirəm, Xudaya».
6. Düşmənin əzabı qarşısında səbir etmək yalnız Allaha xatir olduqda, faydalıdır;
Əslində, Allahın yardımı olmadan vəhşiliyə səbir etmək, qeyri-mümkündür.
7. Dəvət qəbul olunmadığı təqdirdə, kədərlənmə;
Çünki sən öz vəzifəni yerinə yetirmisən
8. Düşmən hiyləsi qarşısında sıxılıb, meydanı boş buraxma;
Sənin sığındığın Allah, bütün hiylələri puça çıxarmağa qadirdir
9. Pis əməllərdən çəkin;
10. Xeyir əməl üçün çalış.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter