Şeytandan (lən) xilas olmağın 4 yolu hansılardır?


Şeytandan (lən) xilas olmağın 4 yolu hansılardır? Hər bir insan şeytanın (lən) vəsvəsəsinə məruz qala bilər. Lakin, insan şeytandan xilas olmaq qüdrətinə malikdir. Bunun üçün aşağıdakılara riayət etməlidir:
1. Nəzarət etməyi davamlı etsə. Günahlardan amanda qalmaq üçün hər bir əməlinin sonucları haqda düşünməklə.
2. İbadətdə sabitqədəm olsa. Allahın vacib etdiklərini diqqətlə yerinə yetirməklə və bəyənilən müstəhəb əməlləri şeytan qarşısında sipər etməklə.
3. İnsanın batinindən və xaricindən agah olan Əzəmətli Allahdan qorxsa. Əgər bəndə bilsə və insansa ki hər bir əməli Allahın nəzarət və bilindən uzaq qalmır və Onun əzabı ağır olacaq, şeytana dost olmaqdan qorxar.
4. Hər bir halda Allahı çoxlu zikr etsə. Xeyir işlərlə çox məşğul olmaq insanın pis işlərə yaxınlaşmağa imkan yaratmaz ki Şeytan insanı yoldan azdırsın. Allah bəndəliyinə ömürlər xərclənsə Şeytan qulluğunda durmağa fürsət yaranmaz!


Kişilər qadınlarına nisbətdə neçə şeyə mane ola bilməzlər?


Kişilər qadınlarına nisbətdə neçə şeyə mane ola bilməzlər? Şəriət qanunlarına əsasən qadınlar evdən çıxmaq istəyəndə şəri borclarıdır ki, həyatyoldaşlarından icazə alsınlar. yəni əgər əksinə etsələr Allah qarşısında günahkar hesab olunub, əzaba layiqli olarlar. Bu ümumi qaydadan bir neçə yerlərdə istisna qoyulmuşdur. Yəni kişilər qadınların bu ehtiyaclarını görsələr mane olmamalı hətta onların icazəli olmalarının qarşısını belə ala bilməzlər. İbarətdirlər:
1-Qadın evdən çıxanda etiqadı və şəri məsələlərini öyrənmək məqsədi güdə, 2-Xəstəliyini müalicə etmək üçün, 3-Canına, malına və başqa təsəvvür olunan ziyanlardan amanda qalmaq məqsədi ilə, 4-Özünə aid olan vacibatları yerinə yetirmək üçün evdən çıxa, həcc mərasimində iştirak etmək, ... kimi hadisələrdə. 5-Evdə qalmaqla dözülməz çətinliklərdə üz-üzə qala, 6-Əgər evlənən zaman yaşayamaq, ev seçmək və iş barəsində əqddə seçim ixtiyarını kişi qadına verərsə, 7-Maddi ehtiyaclarını təmin etmək üçün, əgər nəfəqəsi olmasa, 8-Evdən çıxa zülmün qarşısını almaq üçün və ya haqqını əl gətirmək üçün.


Əbədi əzaba səbəb olan 13 günah hansılardir?


Əbədi əzaba səbəb olan 13 günah hansılardir? Günah ürəyi qaraldar və ibadəti insandan uzaqlaşdırar. Çünki Allah Təalaya mərifət qara ürəklərlə bir yerə sığmır. Günah insanı həm dünyada və həm də axirətdə bədbəxt edir. (Tebyan)
Hər bir əməl öz sahibinə qayıdar və axirətdə hər kəs öz əməlini çiyninə alar. “Hər kim bir zərrə ağırlığında yaxşı iş görmüşsə, onu(n qarşılığını, yaxud eyni ilə təcəssümünü) görəcəkdir. Və hər kim bir zərrə ağırlığında pis iş görmüşsə, onu görəcəkdir”. (“Zəlzələ” 7-8).
Günahkar insan ona bənzəyir ki, özü öz əli ilə gözünə iynə batırır. Nəticədə isə kor olur. Bəzi günahlar insanın həqiqət görən gözünü kor edər. Qoymaz ki, insan dünyada həqiqətləri görə bilsin. “(Qəlbi) bu dünyada kor olan kəs axirətdə də kordur və o, (səadət) yolu(nu) çox azmışdır”. (“İsra” 72).
Quran əbədi əzaba səbəb olan günahları sayır ki, onlardan bəzisinə işarə edək: 1. Küfr. 2. Zülm. 3. Nifaq. 4. Təkəbbür. 5. İlahi ayələri inkar etmək. 6. Bilərəkdən qətl etmək. 7. İlahi həddi aşmaq. 8. Allah və Peyğəmbərlə (s) düşmən olmaq. 9. Vücudu əhatə edən pis əməl. 10. Sələm. 11. İslam düşmənləri ilə dostluq etmək. 12. Şirk. 13. Günah əhli olmaq.


Nəfsi-əmmarə ilə şeytanın (lən) fərqi nədir?


Nəfsi-əmmarə ilə şeytanın (lən) fərqi nədir?Nəfsi-əmmarə ilə şeytanın (lən) fərqi:
1- Nəfsi-əmmarə insan ruhunun və nəfsinin müəyyən bir mərtəbəsidir. İnsan tərəqqi edə bilmədiyinə görə nəfsi elə bir dərəcədə olar ki, onu pisliyə və çirkinliyə tərəf dəvət edər. Ağlına itaət etməz.
2-Lakin şeytan ayrı bir varlıqdır ki, xaricdə həyat sürür. Şeytan cinlərdəndir. Cinlər də atəşdən xəlq olunmuşdur. Cinlər də insanlar kimi təklif əhlidir, yəni onlar da dini vacibatları yerinə yetirməkdə iradə sahibidirlər. Ona görə də deyə bilərik ki, şeytan cismə malik olan bir varlıqdır. Şeytan adətən insana təsir etmək üçün idrak qüvvəsini təhrik edər. Əgər batinimizdə şeytanı qəbul etmək istəməsək, o, bizə nüfuz edə bilməz. Quran ayələri də buyurur ki, şeytan yalnız o zaman insana nüfuz edə bilər ki, insan ona yardım etsin. “Şübhəsiz, o və onun qəbiləsi sizi sizin onları görə bilmədiyiniz yerdən görürlər. (O bəşəri gözlə görünməyən mələk və ruh kimi lətif bir yerdir). Əlbəttə, Biz şeytanları imanı olmayan kəslərin başçıları etmişik»”. (“Əraf” 27).


Ayətullah Behcətin (r) kamal yolunda 6 nəsihəti nələrdir?


Ayətullah Behcətin (r) kamal yolunda 6 nəsihəti nələrdir? Ayətullah Behcet Əhli-beyt (ə) məktəbinin böyük alimlərindən olmuşdur ki, bizlərə bəzi nəsihətləri vardır. (Tebyan) Alim buyurur: “Xəlq dedikdə übudiyyət nəzərdə tutulur. Übudiyyət isə etiqadda günahı tərk etməklədir, həm ürəkdə və həm də bədən üzvləri ilə. Günahı tərk etmək üçün mələkəyə çevrilməsi lazımdır. Davamlı olaraq nəzarət edərək, Allahı hər bir halda və məkanda yada salaraq, bunu etmək mümkündür.
Ağanın nəsihətlərindən 6 böyük tövsiyəsi ələ gəlir: 1-Bildiyinizə əməl edin Allah bilmədiklərinizi öyrədər, 2-nəsihətlərə qulaq asar əməl edin, 3-şəriətlə yaşayın. 4-həyatda ulqu seçin, 5-Quranla, müstəhəblərlə, məscidlə, alimlərlə ünsiyyətdə olun, 6-günahlardan uzaq durun.


Həccin sirri haqda açıqlayın?


Həccin sirri haqda açıqlayın? Həcc mərasiminin əməllərindən biri olan ehrama diqqətimizi yönəltsək, onun bir növ nəfsin təmrini, təkamülə mane olan amillərdən azad olmaq səbəbi olduğunu görərik. Bu cür tərbiyə və təmrin müsəlmanı bütün adətlərdən, xoşgüzəranlıqlardan, ictimai məşğuliyyətlərdən uzaqlaşdırır. Ehram bağlayan zaman “təlbiyə” zikri və “ləbbeyk” şüarının təkrarlanmasının, bir çox məna və sirrləri vardır. “Ləbbeyk” demək; hacıların Allah müqabilində ittihad və birliklərinə təkididir, yəni bizlər Allahın bütün dəvətlərini qəbul edirik. Bəzi Quran müfəssirlərinin dediyi kimi “Ləbbeyk” kəlməsindən məqsəd, təkcə Quranda İbrahimin (ə) dəvətini qəbul etmək deyil. Quran bəyanı ilə , Allah İbrahim peyğəmbərə (ə) insanları uca səslə həccə dəvət etməsini əmr edir:
“İnsanları ümumi şəkildə (Allah evinin) həccinə çağır ki, (onlar sənin dəvətinin nəticəsində Qiyamət gününə kimi) piyada və hər uzaq yoldan gələn arıq dəvələr üstündə sənə tərəf üz tutsunlar. Nəticədə öz (dünya və axirət) mənfəətlərinin bir hissəsini müşahidə etsinlər..” “əl - Həcc” surəsi, 27-28 ci ayələr


Dünyanın ən üstünləri kimlərdir?


Dünyanın ən üstünləri kimlərdir?Bu aləmdə olan bütün varlıqlar Allahın məxluqlarıdır. Bu dünyada olan hər bir məxluq İlahi hikmət üzərində xəlq edilmişdir. Elə bir varlıq yoxdur ki, əbəs yerə xəlq edilsin. Hətta o şeylər ki, bizim gözümüzdə dəyərə malik deyildir, ya da əksər insanların nifrət etdiyi şeylər belə, hikmət üzərində xəlq edilmişdir. Hər birinin Xaliqin yanında öz məqam və mərtəbəsi vardır. İnsan ətrafında olan hər bir şeyə Allahın məxluqu kimi baxmalıdır. Bu məxluqların bəzisi bəzisindən üstün və daha dəyərli və daha yaxşıdır. Mühüm olanı odur ki, insan ən yaxşılarını tanısın və onu dini və mənəvi həyatında nümunə qərar versin.
Ən üstün varlıq: ən üstün varlıq insandır. Qurani-Kərim insanı ən üstün varlıq kimi tanıtmışdır. 2-Ən üstün kitab: Qurandır. İlahi kitablar içərisində ancaq Quran cavidan bir kitabdır. 3-Ən üstün ümmət: Quranda ən üstün ümmət olaraq, Həzrət Peyğəmbərin (s) ümməti tanıdılmışdır. 4-Ən üstün bəndə: ən üstün bəndə o kəsdir ki, təqvalı, pak olsun. 5-Ən üstün qadın: Həzrət Fatimədir (s.ə). 6-Ən üstün ay: mübarək Ramazan ayıdır. 7-Ən üstün gecə: Qədr gecəsidir. 8-Ən üstün ibadət: Quranı tilavət etməkdir. 9-Ən üstün yeyəcək: baldır. 10-Ən üstün içəcək: süddür. 11-Ən üstün hədiyyə: insanı sevindirən hər bir əşya. 12-Ən üstün dəyər: insafdır. 13-Ən üstün söz: qısa və başa düşüləsidir. 14-Ən üstün insan: Həzrət Fatimə (s.ə) buyurur: “Sizlərdən ən üstünü o kəslərdir ki, insanlarla yumşaqdırlar. 15-Ən üstün elm: insanlar üçün ən faydalı olanıdır. 16-Ən üstün qəlb: pak qəlbdir.


Şeytan hansı insanları vəsvəsəsindən amanda olaraq, tanıtdırır?


Şeytan hansı insanları vəsvəsəsindən amanda olaraq, tanıtdırır? Şeytan deyib: “Beş nəfərdən başqa hamı mənim əlimdədir:
1) Səhih niyyətlə bütün işlərdə Allaha təvəkkül edənlər; 2) Gecə-güdüz çoxlu zikr deyənlər; 3) Özü üçün istədiyi hər bir şeyi mömin qardaşından ötrü də istəyənlər;
4) Müsibət zamanı səbr edənlər; 5) Öz qismətinə razı olub ruzi dərdi çəkməyənlər.


Acı hadisə ilə qarşılaşanda, nə edək?


Acı hadisə ilə qarşılaşanda, nə edək? (Ustad Möhsün Qiraətinin dərslərindən) Bir süfrəyə həm duz-istiot qoyarsınız və həm də şirniyyat və mürəbbə. Uşaqlar şirniyyat və mürəbbədən ləzzət alarlar. Və duz-istiotu lazımsız hesab edərlər. Lakin böyuklər üçün hər ikisi lazımlıdır. (Tebyan) Acı hadisələrin də bərəkəti vardır: 1. İnsanın Allaha olan diqqətini daha da artırar. 2. İnsanı müdrik edər və istedadlarını çiçəkləndirər. 3. Günahlarının və büdrəmələrinin kəffarəsi olar. 4. İlahi nemətlərin qədrini daha çox bilər. Nəticədə bərəkətlərini nəzərə alaraq səbir etmək daha məqsədyonlü olar.


Kasıblara infaqın fəlsəfəsi nədir?


Kasıblara infaqın fəlsəfəsi nədir? Bəzən belə deyilir: Filan şəxs kasıbdırsa, deməli nəsə edib ki, Allah kasıb olmasını istəyir. Biz varlıyıqsa deməli nəsə etmişik ki, Allah bizə bunu lütf edibdir. Buna əsasən, nə onların kasıblığı və nə də bizim varlı olmağımız hikmətsiz deyil.
Halbu ki, İlahinin infaq etmək üçün olan əmrinin müxtəlif hikmət və fəlsəfələri var, o cümlədən:
1-Varlı insanları imtahan etmək. 2-İnsanın qəlbini dünyaya çox məhəbbət bəsləməkdən azad etmək. 3-İnsanda qəlb yumşaqlığı yaratmaq. 4-İlahi nemətlərə şükr etmək. 5-Nemətin çoxalması. 6-Ruhi rahatlıq. 7-Bəla və pis ölümü aradan aparmaq...
Əlbəttə bu təsirlərin hamısı o zaman baş verir ki, infaq halal və şərii maldan olsun. Allah ondan qeyrisini qəbul etməz və bərəkət verməz.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter