Şeytandan (lən) xilas olmağın 4 yolu hansılardır?


Hər bir insan şeytanın (lən) vəsvəsəsinə məruz qala bilər. Lakin, insan şeytandan xilas olmaq qüdrətinə malikdir. Bunun üçün aşağıdakılara riayət etməlidir:
1. Nəzarət etməyi davamlı etsə.
2. İbadətdə sabitqədəm olsa.
3. İnsanın batinindən və xaricindən agah olan Əzəmətli Allahdan qorxsa.
4. Hər bir halda Allahı çoxlu zikr etsə.
Əgər insan bu dörd qaydaya riayət etsə, şeytandan xilas olar. Əks halda özünü aldatmasın, çünki şeytanı onu hər an ovlaya bilir. (Erfan)
Nəzarət o deməkdir ki, daima Haqq Təalaya nəzər salasan. Mömin insan, Allah yolunun yolçusu olduğu üçün Haqqa nəzər salar. Ona görə də müraqibə əhlidir. Müraqibənin də öz dərəcələri vardır:
1. Allah yolçusunun Haqqa tərəf gedən yoldakı nəzarətləri.
2. Allah Təalaya nəzər salıb, Onun da müraqib olduğunu dərk etmək.
3. Davamlı olaraq Haqq Təalanın təcəllisinin keyfiyyətinə nəzər salmaq.
Birinci dərəcə ilk mərhələdir ki, ibtidai mərhələ sayılır. İkinci mərhələ orta və üçüncü mərhələ - ali mərhələdir. Birinci mərhələdə salik (Allah yolunun yolçusu) hər bir halda özünə nəzarət edir: yeyən zaman, yatan zaman, danışan zaman, itaət və ibadət zamanı...
O, çalışar ki, İlahi əmrlərdən çıxmasın. Yerinə yetirdiyi hər bir iş Allahın buyurduğu kimi olsun. Özünü itaət və ibadətlə zinətləndirmək istəyir. Onu bu yolda hərəkət etdirən stimul – Allahın verdiyi vədlərdir. Günahdan çəkinməyə çalışır və yaxşı işlərinin savabına ümid edir.
İkinci mərhələdə salik Allah Təalanı özünə nəzarət edən kimi qəbul edir və bunu dərk edir. Allahın hər bir varlığa bu cür nəzarət etdiyini başa düşür və bu nəzər saliki dəyişdirməyə başlayır. Yolunu dəyişdirir və əvvəl əgər özü üçün bir iş görürdüsə, indi Allah üçün iş görər. Əvvəl onun mühərriki İlahi vədələr idisə, indi Allahın razılığını əldə etməkdir.
Üçüncü mərhələdə salik eşq və məhəbbətlə vəzifəsini yerinə yetirər. Bu mərhələdə salik hədislərə və Quran ayələrinə üz tutar və bu ayələrin keyfiyyətinə diqqət edər. Varlıq aləmini və zər aləmini kəşf etməyə çalışar. İlahi ilhamların insana necə çatdığını dərk etməyə səy göstərər.
Şeytan (lən) – nəzarətin düşmənidir. Salik müraqibəyə başlayan andan böyük bir mübarizə ilə rastlaşar. Şeytanın bütün səyi odur ki, onu nəzarət mərhələsindən uzaqlaşdırsın.
O zaman ki, salik ibadət edər, şeytan onu fəsada tərəf çəkər.
O zaman ki, salik infaq edər, şeytan onu yoxsulluqla qorxudar. Salik daima Allahı xatırlamaq istəyər, şeytan ona unutdurar.
Salik hər nə qədər nəzarət mərhələsində irəli getməyə çalışarsa, şeytan bir o qədər müqavimət göstərər.
O kəslər ki, ilk mərhələdə şeytana təslim olurlar ona görədir ki, onlar hər şeyi özləri üçün istəyirlər. Öz nəfslərinin səsini susdurmaq istəyirlər. O zamana qədər ki, insan özünə pərəstişdən əl çəkməz, şeytan ona qələbə çalar. O kəs ki, müraqibənin ilk mərhələsini keçər, ikinci mərhələdə şeytanın onunla işi olmaz. Çünki bu insanlar artıq Allahın ordusundandır, şeytanın deyil. Deyerler.org


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter