Kişilər qadınlarına nisbətdə neçə şeyə mane ola bilməzlər?


Şəriət qanunlarına əsasən qadınlar evdən çıxmaq istəyəndə şəri borclarıdır ki, həyatyoldaşlarından icazə alsınlar. yəni əgər əksinə etsələr Allah qarşısında günahkar hesab olunub, əzaba layiqli olarlar. Bu ümumi qaydadan bir neçə yerlərdə istisna qoyulmuşdur. Yəni kişilər qadınların bu ehtiyaclarını görsələr mane olmamalı hətta onların icazəli olmalarının qarşısını belə ala bilməzlər. İbarətdirlər:

1-Qadın evdən çıxanda etiqadı məsələlərini öyrənmək məqsədi güdə, eləcə də şəri vəzifələrini bilmək üçün.

2-Xəstəliyini müalicə etmək üçün, əgər evdə müalicə etmək mümkün olmasa,

3-Canına, malına və başqa təsəvvür olunan ziyanlardan amanda qalmaq məqsədi ilə evdən çıxa.

4-Özünə aid olan vacibatları yerinə yetirmək üçün evdən çıxa, həcc mərasimində iştirak etmək, seçkilərdə iştirak etmək və bir şəxsinin canını qurtarmaq kimi hadisələrdə.

5-Evdə qalmaqla dözülməz çətinliklərdə üz-üzə qala, evdən çıxmasına mane yoxdur.

6-Əgər evlənən zaman yaşayamaq, ev seçmək və iş barəsində əqddə seçim ixtiyarını kişi qadına verərsə, kişi onun haqqını tapdaya bilməz,

7-Maddi ehtiyaclarını təmin etmək üçün, əgər kişi qadının nəfəqəsinin ödəməsə,

8-Evdən çıxa zülmün qarşısını almaq üçün və ya haqqını əl gətirmək üçün. (Bu qeyd olunan səkkiz haldan başqa qadının ixtiyarı yoxdur ki, ərinin icazə olmadan evdən xaric olsun).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter