ƏSBAT KİMLƏRDİR?


“Sibt”, “səbt” və “inbisat” bir şeyin asanlıqla geniş yayılmasına deyilir. Bəzən ağaca bəsət deyilir. Çünki, onun şaxələri asanlıqla fəzaya yayılır. Övladlara, ailə üzvlərinin bir nəsildə yaranan genişlənməsinə sibtəsbat deyilir.
Əsbatdan məqsəd Bəni-israil qəbilələrinin şaxələri, yaxud Yəqubun on iki övladlarından əmələ gələn insanlardır. Onların arasında peyğəmbərlər olduğuna görə, yuxarıdakı ayə onları Allah ayələrinin nazil olduğu şəxslər cərgəsində sayır. Buna əsasən əsbatya məsihi, ya Bəni-israil qəbilələri, yaxud da Yəqubun övladlarından olan qəbilələrdir ki, onların arasında peyğəmbərlər var idi. Bu, Yəqubun öz övladlarına aid deyildi, çünki, onlar qardaşları barəsində günaha mürtəkib olmuşdular və onların hamısının Peyğəmbərlik səlahiyyəti yox idi.
3”Hənif” hənəf kökündən alınmışdır, azğınlıqdan düzlüyə, həqiqətə doğru meyl etmək mənasındadır. “Cənəf” isə tamamilə onun əksidir, yəni düzlükdən, doğruluqdan əyriliyə yuvarlanmaq mənası daşıyır. Xalis tövhid ardıcılları şirkdən üz döndərib bu həqiqətə təslim olduqlarına görə onlara “hənif” deyilir.
Buna görə də “hənif” sözünün mənalarından biri də düzlük və saflıqdır. Buradan aydın olur ki, təfsirçilərin “hənif” kəlməsi barəsində dedikləri mənalar, o cümlədən Allah evinin ziyarəti, həcc, haqqa tabe olmaq, əməli ixlaslı etmək bütün bunlar ümumi və daha geniş mənalı olan bir sözə qayıdır və hamısı onun aşkar nümunələrindəndir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter