GÜNAHIN BU DÜNYADAKI NƏTİCƏLƏRİ HAQQINDA QURANDA NƏ DEYİLİR?


Quranda günahın nəticələri haqqında onlarla ayə mövcuddur. Burada o ayələrdən bir neçəsini nəzərdən keçirək:
1. «Bəqərə» surəsinin 59-cu ayəsində oxuyuruq:
فَاَنْزَلْنا عَلَى الَّذِينَ ظَلَمُوا رِجْزاً مِنَ السَّماءِ بِما كانُوا يَفْسُقُونَ
«Zalımlara zülm etdikləri üçün göydən əzab nazil etdik».

2. «Maidə» surəsinin 49-cu ayəsində oxuyuruq:
يُرِيدُ اللهُ اَنْ يُصِيبَهُمْ بِبَعْضِ ذُنُوبِهِمْ
«Allah onları bəzi günahlarına görə cəzalandırmaq istəyir».

3. “Ənam» surəsinin 6-cı ayəsində oxuyuruq:
... فَاَهْلَكْناهُمْ بِذُنُوبِهِمْ
«Onları etdikləri günaha görə həlak etdim».

4. “Əraf» surəsinin 96-cı ayəsində oxuyuruq:
... فَاَخَذْناهُمْ بِما كانُوا يَكْسِبُونَ
«Onları əməllərinə görə cəzalandırdıq».

5. «Nəml» surəsinin 52-ci ayəsində Allah-təala buyurur:
فَتِلْكَ بُيُوتُهُمْ خاوِيَةً بِما ظَلَمُوا
«Bu onların evləridir ki, zülm etdiklərinə görə boş qalıbdır».

6. «Nuh» surəsinin 35-ci ayəsində oxuyuruq:
مِمّا خَطِيئآتِهِمْ اُغْرِقُوا
«Onlar günahlarına görə qərq oldular».

7. «Şəms» surəsinin 14-cü ayəsində oxuyuruq:
فَدَمْدَمَ عَلَيْهِمَ رَبُّهُمْ بِذَنْبِهِمْ فَسَوّها
«Batdıqları günaha görə Rəbbləri gurultulu bir əzab göndərdi, onların yurd-yuvasını yerlə yeksan elədi ».

8. «Rəd» surəsinin 11-ci ayəsində oxuyuruq:
اِنَّ اللهَ لا يُغَيِّرُ ما بِقَوْم حَتّى يُغَيِّرِوا ما بَاَنْفُسِهِمْ
«Nə qədər ki, insanlar öz halını dəyişdirmir, Allah onların halını dəyişdirməz.»

9. «Mütəffifin» surəsinin 14-cü ayəsində oxuyuruq:
كَلاّ بَلْ رانَ عَلى قُلُوبِهِمْ ما كانُوا يَكْسِبُونَ
«Xeyr, elə deyil! Kafirlərin qəlbi qazandığı günahlardan pas atmışdır».

10. «Şura» surəsinin 30-cu ayəsində oxuyuruq:
وَما آصابَكُمْ مِنْ مُصِيبَة فَبِما كَسَبَتْ اَيْدِيكُمْ وَيَعْفُوا عَنْ كَثِير
«Başınıza nə müsibət gəlirsə, bu sizin öz işlərinizin nəticəsidir. O, çoxunu isə əfv edir».
Maraqlı budur ki, İmam Əli (ə) deyir:
Peyğəmbər (s) buyururdu ki:
خَيْرُ آية فِي كِتابِ اللهِ هذِهِ الاْيةُ
«Quranda ən yaxşı ayə bu ayədir».
Sonra Peyğəmbər (s) buyurur:
يا عَلِيُّ! ما مِنْ خَدْشِ عُود وَلا نِكْبَةَ قَدَم اِلاّ بِذَنْب
«Ey Əli! Hətta adi taxta parçasından dəyən zərər və insanın ayağının büdrəməsi də etdiyi günahın nəticəsidir».


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter