QADINLARA HANSI İŞLƏR QADAĞANDIR?


Qadınların təbiəti, əxlaqi səciyyələri bəzi hallarda kişilərlə heç də bərabər olmayıb onların hərbiri digərinə nisbətən imtiyaza malikdir. Qadınlar analıq hissinə malik olduqlarına görə kişilərə nisbətən övladın qorunub-saxlanması, təlim-tərbiyə işlərində ön cərgədədirlər. İslam dini də tövsiyə edir ki, oğlanlar iki yaşının sonuna, qızlar isə yeddi yaşına qədər analarının yanında olsunlar. Amma əgər anaların özləri bu işdən imtina etsələr, eybi yoxdur. Kişilər də daha artıq əqlə, məntiqə malik olduqlarına görə, müəyyən hallarda qadınlardan üstündürlər və icntimai işlərdən bə.ziləri yalnız kişilərin öhdəsinə olabilər.

1-Hökumət etmək, cəmiyyətə və ya müəyyən qruplara rəhbərliketmək kişilərə nməxsusdur və qadınlar bu qəbildən olan məsələlərdə məsuliyyəti öhdələrinə ala bilməzlər. Tarix göstərir ki, qadınlar siyasi işlərdə o qədər də məharətli olmamış və hər yerdə siyasətə qoşulmuşlarsa, adətən məğlubiyətlə qarsılaşmışlar. Misal üçün, müsəlnmanların əksəriyyəti tərəfindən ehtirama layq görülən iki qadın Ayişə və Ümmü sələmə hər ikisi Peyğəmbərin arvadıdır, lakin birincisi siyasətə qoşularaq hakimiyyət bayrağını ələ keçirmək üçün Həzrət Əli (ə) ilə müxalifət etdi və hətta Ümmü sələməni də bu işə təşviq etdi, amma onun kəskin müxalifəti ilə qarşılaşdı. Bu səhv yolu getmək bais oldu ki, öz İmamına qarşı üsyan etsin,minlərlə günahsız müsəlmanın qanının hədərə versin, həqiqi şəxsiyyətini ləkələsin. Amma Ümmü Sələmə \"Möminlərin anası” ləqəbinin hörmətini qoruyub saxladı, həzrət Əli və Hüseynin sirlərinə məhrəm oldu, həmişə vilayətin xüsusi əmanətlərini onun yanında idi...[ Bu hadisələrin geniş izahatı üçün \"Ehticac” 1-ci cild, səh.241, \"Səfinətul-bihar”, 1-ci cild, səh.642, 2-ci cild, səh.297-yə baxa bilərsiniz. ]

2-Mühakimə və qəzavət işi də atifi məsələlərlə uyğun gəlmədiyinə görə camatın canı malı bu məsələdə müqəddəratı həll olunduğuna görə, qadınların atifi bir varlıq olması ilə heç də uyğun gəlmir və bu məsələ də hakimiyyət məsələsi kimi layiqli və şərtlərə malik olan kişilərə məxsusdur.

3-İbtidai cihad–islamın genişləndirilməsi, yayılması məqsədi ilə edilən hücum (cihad) da kişilərə məxsusdur və bu məsələ də qadınların incə, lətif duyğuları ilə bir yerə yığışmır və onlar üçün qadağandır. Amma müdafiə cihadında düşmənin nüfuzunun qarşısını almalda əqlin və şəriətin hökmü ilə bütün insanlara, qadın və uşaqlara böyük kiçik, qadın və s hamıya aiddir və hamı öz .əxsiyyətini, istiqlaliyyət və namusunu qorumalıdır,

4-Qadınlar islami maarifi və müxtəlif elmləri kəsb etməkdə kişilərlə heç bir fərqləri yoxdur, bu barədə hər hansı məhdudiyyət nəzərə çarpmır. Amma əgər qadınlar ictihad məqamına çatsalar öz fətvasına əməl edə bilərlər, amma başqaları ona təqlid ediə bilməzlər.

6-Məşvərət məsələləri, təəqqül və uzaqgörənliklə əlaqədar olduğuna atifi hisslərlə ziddiyyət təşkil etdiyinə görə, mütəvatir və çoxlu hədislərdə gəlmişdir ki, qadınlarla məşvərət etməyin, onların nəzərlərinin əksini qəbul edin, hətta qadının fikilrənin ardınca düşənlər də lənətə, ilahi rəhmətdən uzaqlığa səbəb olur.[\"Vəsailüş-şiə”, 14-cü cild, səh.137]

Amma təcrübəli, aqil qadınlarla kifayət qədər məlumatlı olduğu məsələlərdə məşvərət etməyin eybi yoxdur, belə hallarda onlarla məşvərət etmək olar.”[\"Biharul-ənvar”, 103-cü cild, səh.253]

\"Çalışqan insan, istər kişi olsun, istərsə də qadın, Allah yolunda cihada məşğul olan mücahid kimidir.”[\"Biharul-ənvar”, 103-cü cild, səh.17]

Mərhum Əllamə Təbatəbai buyurur:

\"Qadınlar üçün qadağan olunan işərdən başqa, sir məşğuliyyətlər və kəsb o cümlədən, təlim-tərbiyə, tibb bacısı, həkimlik və sair kimi dqaldınların atifi hissləri ilə ziddiyyət təşkil etməyən işlərdə nə Rəsuli Əkrəmin hədisləri, nə o həzrətin rəftarı və nə də Qurani məciddə qadınların bu işlərinə icazə verilməsini göstərir. Çünki belə icazədən örtrü gərək bpiradə azadlığı və əməldə istiqlaldan ibarətdir.

\"Gördüyümüz kimi, qadınlar ictimai məsələlərdə atifi məsələllə zidd olmayan işlərdə tamamilə azaddırlar, bu barədə heç bir məhdudiyyət yoxdur. Onların zatında qolyulan eqq və atifə hökmü ilə kişilərdən daha yaxş müalicə, təlim-tərbiyə, xəstələrə qulluq işlərində cəmiyyətə və övladlarına xidmət edə bilərlər.Bu mkimi işşlərdəki boşluqları doldurmaqda təsirli ola bilər və onların dəyərli nəticələri ilə iftixar edə bilərlər, Allah dərgahında onun əvəzini ala bilərlər. Rəsuli Əkrəm (s) buyurur:

\"Hər kəs öz zəhməti ilə yesə, qiyamət günü peyğəmbərlərin cərgəsində olar və onların savabına malik ola bilər.”[\"Biharul-ənvar”, 103-cü cild, səh.10]

Müxtəlif bölmələrdə kgələn və tövsiyə olunan, qadınların ümumi yerlərdə iştirak etməmələri, ctanaatın gözoü önündəolmamalarını və ervin ipdaxilində işləmələrini bəyan edən hədislər təfqiirində qeyd etməbiyik ki, beləhədislərsadəcə əxlaqi yöilərə malik olub və qadının evdən çıxmasının haramolmasını göstərmir. Əks halda,buçox çətin bir vəzifə olar vəməşəqqətəsəbəbolar vəislam ümməti qadınları əbədiolaraq bu hömkmən əməl edə bilməzdilər.

Nümunə qadınların həyat tarixinin mütaliə edilməsi göstərir ki, onllar da bu hədislərə vacib nəzəri ilə baxmamışlar, həmişə ev daxilində qalmamışlar.

İmam Sadiq (ə)dan soruşulur ki, qadınlar cənazə namazında iştirak edə bilərmi? Həzrət buyurur ki,

\"Peyğəmbərin qızı Zeynəb dünyadan gedəndə bacısı Fatimə qadınlarla birlikdə evdən çıxıb ona cənazə namazı qıldı.”[\"Vəsail”, 2-ci cild, səh.817]

Bu hədisdə İmam(ə) Fatimeyi Zəhranın, hər növ xəta və günahdan uzaq olan bir xanımın evdən çıxıb getməsinə işarə edir və bu da həmin işin icazə verilən işlərdən olduğunu göstərir.Bu əzəmətli islam qadınının həya,ismət, mədəni, təkcə hənazə namazında iştirak etmirdi; həm də başqa hədislərə əsasən, islam şəhidlərinin qəbirlərini müdam ziyarət edərdi. İmam Sadiq(ə) anası Zəhranın ibrətamiz əməllərinin tərifləyib buyurur ki,

o, hər şənbə günü sübh çağı şəhidlərin ziyarətinə gedir, onların və əmisi Həmzrnin qəbri yanında dua edir, Allahdan bağışlanmaq istəyir.[ \"Cəlaül-üyun”, 1-ci cild, səh.154 ]

Həzrət Zəhra (ə)-ın həyat tarixi göstərir ki, o, təkcə ibadi ictimai məsələlərdə deyil, həm də həssas anlalda da dövrün zalım hamiləri ilə siyasi mübarizəyə qalxır, öz danılmaz haqqını, ərinin vilayətini müdafiə edirdi. Zəhrayi Mərziyyə Əli (ə)-ın həyatının həssas analrında ona arxa durudu.Hətta Mədinə məscidində mühacir və ənsar arasınd aöz məşhur xütbəsini oxuyur, özünün və ərinin məzlumiyyətini çatdırır. Necə ki, Əli (ə) bunu \"Nəhcül-bəlağə”nin 28-ci məktubunda bəyan etmişdir. Düşmənlər Həzrətə qarşı hörmətsizlik edəndə var qüvvəsi ilə həyat yoldaşının haqqını qəsb edənlərlə mübarizəyə qalxır. Fatimə (ə) Əli ilə birlikdə gecələr mühacir və ənsarın evlərini qapı qapı döyür, Əlinin vilayəti və məzlumluğu barəsində onlardan imdad istəyir, köməyə səsləyirdi. Rəslu Əkrəmin arvadları və sair qızları da Həzrət Fatimnə kimi ibadət və ictimai məsələlərdə iştirak etmişlər, heç də tamamilə evlərində oturmamışlar.

Bu şahidlərə diqqət yetirərək nəticə alırıq ki, evdar qadınlar bacardıqca bu əxlaqi hədislərə riayət etməli ərinin icazəsi olmadan evdən çıxmamalıdırlar. Amma ərinin icazəsi ilə bütün iqtisadi,ictimai, tam hicaba, əxlaqi məsələlərə riayət edərək tam vüqarvə həya ilə kişilərə qarışmadan fəaliyyət edə bilərlər. Badının iqtisadi və ictimai hərəkətləri belə şərtlərə riayət etdikdə bu işlərdən qadağan olunmurlar, həm də bir dini vəzifə sayılır., Çünki, iffət, həya və hicab silahı ilə tam yaraqlanarsa, heç vaxt əxlaqsızlıqlara düçar olmazlar, . Allahtaala bütün islam qadınlarına Zəhra kimi əməl etməyə müvəffəq etsin!

Pərvərdigara, müqəddəs islamn dininin təbliğ olunmasında, ictimai ehtiyacların təmin olunmasında, bizim hamımıza məqsədyönlü tovfiq inayət et! Pərvərdigara, əziz islam ümmətini fikri vəhdətə və islami dünyagörüşünə hidayət et! İlahi, bizi Öz pənahında , Əli (ə)-ın, həmçinin onun 11 pak övladının bayrağı altında olmağa müvəffəq et! Xudaya, bizim din, namus və ölkəmizi zalımların şərindən amanda saxla! İlahi bizi xəta ilə dolu olan gözlərimizi Həzrət Məhdi (ə)-ın nurani cəmalı ilə aydın et, qiyamət günü Mühəmməd və onun əhli-beytinin şəfaətindətn məhrum etmə.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter