Quranİ-Kərimdə Yaşıl rəng zikr olunmuşdurmu?


Quranda yaşıl rəng haqqında çox bəhs edilməkdədir. Xüsusən də Cənnət əhlinin halı və onları əhatə edən nemətlərdən bəhs edərkən. Belə ki, Qurani-Kərimdə buyurulmaqdadır: \"Onlar (möminlər) yaşıl balışlara və gözəl naxışlı (inci ilməli, xovlu) xalılara (yaxud yumşaq qalın döşəklərə) söykənmiş olacaqlar.\"(Rəhman76).\"(Cənnət əhlinin) əyinlərində taftadan və atlazdan (nazik və qalın ipəkdən) yaşıl libaslar olacaq\"(İnsan 21)

\"...Qalın ipəkdən (taftadan və qumaşdan) yaşıl paltarlar geyəcəklər. O, nə gözəl mükafat, o (Cənnət) necə də gözəl məkandır!\"( Kəhf 31). Qərbin məşhur psixologiya alimlərindən biri olan Erdşam deyir: \"Həqiqətən rənglərin insana dərin təsiri vardır. Bir çox təcrübədən sonra bu nəticəyə gəldirn ki, rənglərin insana bir əməli işləyib işləməməyinə qərar verməyə, soyuğu və ya istini hiss etməyə, sevincli və ya qəm-qüssəli olmasına, hətta insanın həyata baxışlarına yön verəcək qədər təsiri vardır.
Rənglər insanın daxili aləminə nüfuz edəcək qədər təsirlidir. Hətta Avropada xəstəxanalarda bu sahənin mütəxəssislərini dəvət edərək xəstələrin sağalmasına təsir etmək üçün onların palatalarının və geyimlərinin rənglərini müəyyənləşdirirlər. Bu mütəxəssislərin öz təcrübələrindən gəldikləri nəticə onu göstərir ki, sarı rəng insanın sinir sisteminin aktivliyinə kömək edir. Göy rəng soyuqluq, qırmızı rəng isə əksinə, istilik hissləri təlqin edir. Alimlərin gəldiyi qənaətə görə yaşıl rəng insanda sevinc, xoş əhval-ruhiyyə və həyata sevgi hisslərini aşılayır. Ona görə bəzi qərb ölkələrində cərrah və tibb bacıları əməliyyat zamanı yaşıl xələt geyinməyə üstünlük verirlər. Digər bir təcrübəni də nəzərinizə çatdıraq: Londonda Blək Frayer adlanan bir körpü intihar yeri olaraq məşhur idi. Bu körpünün rəngi tünd boz rəng idi. Sonra onun rəngini ürəkaçan yaşıl rəngə dəyişdirdilər. Bu zaman intihar hadisələrinin sayı nəzərə çarpacaq dərəcədə azalmağa başladı. Ümumiyyətlə, yaşıl rəng gözü və sinirləri dincəldir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter