HƏdis nəql edənlər neçə qİsmdİR?


Bir şəxs həzrət Əlidən (ə) uydurma hədislərdən, xalq içində hədis edilən, ancaq bir-birinə uyğun gəlməyən xəbərlər haqqında soruşduqda o cavab verdi:

İnsanların əllərindəki hədislər haqq və batildir, doğru və yalandır. Bəzisi bir hökmü pozur, bəzisinin hökmü ləğv edilmişdir. Ümumi olanı var, xüsusi olanı var. Eləsi var, mənası aydındır, eləsi var, şübhəlidir, şərhə ehtiyac duyur. Hədis edən əzbərləmişsə, doğru hədis edər: unutmuş, uydurmuşsa, yanlış hədis edər.

Rəsulullahın, Allahın səlatı Ona və soyuna olsun, dövründə belə yalan hədis uydurmuşdular. Minbərə çıxıb buyurdu ki, söyləmədiyim sözü bilərəkdən mənə isnad edən, mənim adıma yalan deyən adam cəhənnəmdəki yerini indidən hazırlasın.

Sənə dörd cür adamdan hədis gələcək, beşincisi yoxdur. O adam münafiqdir, özünü mömin göstərər, müsəlmanların etdiklərini edər. Günahlarından çəkinməz, qaçmaz. Bilərəkdən Rəsulullaha yalan isnad edər. İnsanlar onun münafiq bir yalançı olduğunu bilsələr, sözünü qəbul etməzlər, doğru saymazlar. Amma xalq, Rəsulullahı, Allahın səlatı Ona və soyuna olsun, görmüş, onunla söhbət etmiş, eşitdiyini bildirmişdir, deyə onun sözünü qəbul edər. Allah münafiqləri olduqları kimi tanıtmış, hallarını olduğu kimi bəlli etmişdir. Ona və soyuna salam olsun, Peyğəmbərdən sonraya qalan münafiqlər zəlalət İmamlarına – yalanla, böhtanla xalqı alova dəvət edənlərə yaxınlaşmış, yanaşmışlar. Onlar da münafiqləri pis işlərə yönəltmiş, buyruq sahibi etmiş, birlikdə dünyanı əzib istismar etmişlər. Əslində isə insanlar, Allahın qoruduğu adamlardan başqa, buyruq sahibləriylə dünyada bərabərdirlər. Bax, bu, o dörd bölüyün biridir.

Bir də elə adamdır ki, Allahın səlatı Ona və soyuna olsun, Rəsulullahdan bir söz eşitmiş, fəqət olduğu kimi anlaya bilməmişdir. O sözdən şübhəyə, xətaya düşmüş, amma bilə-bilə yalan deməmişdir. O sözü hədis edir, ona əməl edir. Deyir ki, mən bunu Rəsulullahdan eşitdim. İnsanlar onun hədisindəki yanlışı bilsəydilər, sözünü qəbul etməzdilər. O da yanıldığını bilsəydi, o xəbəri hədis etməzdi.

Üçünçü adam; Allahın səlatı Ona və soyuna olsun, Rəsulullahın bir şey əmr etdiyini eşitmişdir, fəqət sonradan (Peyğəmbər) onu nəhy etmişdir. O adamınsa bundan xəbəri yoxdur. Yaxud bir şeyi nəhy etdiyini eşitmişdir, halbuki sonra onu əmr etmişdir. Amma o adam bunu bilmir. Hökmü ləğv edəni yadda saxlamışdır, hökmü pozan sözü yadda saxlamamışdır. Həmin hökmün ləğv olunduğunu bilsəydi, onu tərk edər, hədis etməzdi. Müsəlmanlar da ondan eşitdikləri sözün hökmünün ləğv olunduğunu bilsəydilər, o sözü tərk edərdilər.

Bir də dördüncüsü var ki, nə Allaha yalan isnad edər, nə Rəsuluna, Allahdan qorxub, Rəsulullahın qədrini bilərək yalana nifrət edər, şübhəyə düşməz. Nə eşitmişsə, eşitdiyi kimi yadda saxlamışdır. Nə hədis edərsə, eşitdiyini hədis edər. O sözə nə bir şey qatar, nə də ondan bir şey əksildər. Hökmü ləğv edən sözü bilər, ona əməl edər. Hökmü ləğv edəni tanıyar, ondan çəkinər. Hökmü xüsusi və ümumi olanları tanıyır, hər şeyi yerli-yerinə qoyur. İzaha ehtiyacı olanla açıq-aydın olanı bir-birindən ayıra bilir.

Allahın səlatı Ona və soyuna olsun, Rəsulullahın iki yönlü söz deməyi də olmuşdur. Bir söz söyləmişdir ki, bir şeyə və bir vaxta məxsusdur, bir söz də söyləmişdir ki, hamıya və hər vaxta aiddir. Nöqsan sifətlərdən münəzzəh olan Allahın, Rəsulullahın bu sözdəki məqsədini bilməyən bunu eşitdikdə, ona tamamilə başqa məna verər.

Allahın səlatı Ona və soyuna olsun, Rəsulullahın səhabəsinin heç biri ondan bir şey soruşmaz, bir şey öyrənməzdi. Buna görə də, bir çöl ərəbinin, bir qəribin gəlib bir şey soruşmasını, verəcəyi cavabı eşidib yadda saxlamağı gözləyirdilər. Mən isə belə deyildim, soruşardım, sözünü yadda saxlardım.

Bax, insanların ziddiyyətlərə duşmələri, hədislərində ziddiyyət meydana çıxaran səbəblər bu üzdəndir.

İmam Əmirəl-möminin (ə); \"Nəhcül-bəlağə\"dən.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter