İmam Rza (ə.s) Əhməd Bəzəntiyə Mənim səni hüzuruma qəbul etməyim səni qürurlandırmasın ?!


Әhməd Bəzənti dövrünün tanınmış alimlərindən idi.

O, öz suallarını İmam Rzaya (ələyhis-salam) məktublarla göndərib cavabını aldıqdan sonra Həzrətin (ə) imamlığına etiqad bəsləmişdi. Bir gün Bəzənti Həzrətə dedi: -Vaxtınız olanda hüzurunuza gəlib sizinlə danışmaq istəyirəm.

 

İmam (ə) da, onun istəyini qəbul etdi. Hətta öz miniyini də, onun üçün göndərdi. O gün gecəyarısınadək öz suallarını imama (ə) ərz edib cavabını aldı və onun problemləri İmamın (ə) görüşündə həll oldu.
Yatmaq zamanı çatanda İmam (ə) xidmətçisini çağırıb buyurdu: «Mənim şəxsi yatağımı gətirib böyük məqama malik olan qonaq üçün hazırla ki, istirahət etsin».
İmamın (ə) sözləri Bəzəntinin ürəyini  dağ yüksəltdi və  öz-özünə dedi: Dünyada İmamdan (ə) sonra mən hamıdan yaxşıyam. İmam (ə) öz miniyini mənim üçün göndərir, yatağını mənə verir və saatlarla mənimlə oturub söhbət edir.
Bəzənti öz xəyallarında idi ki, birdən İmam (ə) otağa qayıdıb ona buyurdu: «Ey Bəzənti! Heç vaxt bunlarla başqalarının yanında qürurlanma. Çünki Sə᾽sə᾽ə, Әlinin (ə) dəyərli səhabələrinən idi. O, xəstələndikdə həzrət ona yoluxmaq üçün  onun yanına gedib saatlarla ona nəvaziş göstərdi və (ona göstərdiyi diqqətdən) məğrur olmasın deyə ona buyurdu:
«Әziz dost! “İmam mənə məhəbbət göstərdi» deyə əsla qürurlanma! Mən bu işi dini və insanlıq borcumu yerinə yetirmək üçün edirəm».
Bəzənti belə deyibdir: Həzrət bu əhvalatı danışaraq, yanıldığımı mənə anlatdı. Ondan sonra mənəviyyatımda öz niyyət və əməlim haqqnda düşünməməyi qərara aldım...    https://www.sibtayn.com/


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter