Quran Kərim və hədislərdə günahsıza böhtan atmaq barədə nələr buyurulur?!


Hədislər və böhtan:  Rəvayətlərdə töhmət və böhtan da şiddətli tənqid olunmuşdur. Nümunə olaraq onlardan bəzilərini burada qeyd edirik:

Aşkar günah:   «Qurani-Məcid»də böhtan aşkar günah kimi təbir edilərək buyurulur: 

"Mömin kişiləri və qadınları etmədikləri bir işdən (günahdan) ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər!” («Əhzab» - 58).

"Hər kəs bir xəta və ya günah edib onu günahsız bir adamın boynuna atarsa, şübhəsiz ki, öz boynuna böhtan və açıq-aşkar günah götürmüş olar (günah üstündən günah qazanar).” («Nisa» - 112). 

 

Namuslu adamlara töhmət edənlərin imanı yoxdur. Bu barədə İmam Sadiq(ə) buyurur: "Müsəlman qardaşına töhmət vuran şəxsin imanı qəlbində duzun suda əridiyi kimi əriyər.” 

 

Töhmət edən şəxs bir neçə günaha batmış olur. Bir tərəfdən başqasına nalayiq söz deməklə yalan danışır, digər tərəfdən də qeybət qılır, çünki onu xoşlamadığı və razı olmadığı bir şeylə vəsf edir, başqa bir tərəfdən isə namuslu insana töhmət vurub şəxsiyyətini alçaldır. Bu cəhətlərə diqqət yetirməklə töhmət vuran şəxs böyük bir günaha batmış olur. Töhmət hədəfə sərrast atılan ox kimi insan şəxsiyyətini parçalayaraq məhv edir, onun qəlbini həmişəlik olaraq yaralayır. Buna görə də töhmət vuran şəxs çiyninə günahla dolu ağır yük götürüb əzaba doğru gedir. Peyğəmbər(s) buyurur:

 

"Hər kim mömin kişi və ya qadına böhtan atıb olmayan bir şeyi onun haqqında deyərsə, Allah-təala Qiyamət günü onu etdiyi əməlin məsuliyyəti üzərindən götürülənədək oddan yaranmış bir tələdə saxlayar.” 

 

Kitabın adı: İslamda əxlaq

Müəllif: Ayətullah Məhəmmədrza Məhdəvi Kani


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter