Şəhidin məqam və Allah Dərgahında qazancı haqda Hz Peyğəmbər (s) nə buyurmuşdur?!


Həzrət Peyğəmbər (s) nəql edilir: Şəhiddə yeddi xislət var. Onlardan birincisi budur ki, şəhidin qanının ilk damlası yerə toxunanda artıq onun bütün günahlari bağışlanmış olar. O hədisdə zikr edilən sonuncu xislət isə budur: Şəhid vəchullaha tamaşa edər. Və bu nəzər hər bir şəhid və peyğəmbər üçün hüzur və rahatlıq vəsiləsidir.

Məhz insan özü özü ilə ilahi gözəlliklər arasında bir pərdədir... İstər nurdan olsun, istərsə də zülmətdən, bütün hicablar bu hicabdan qaynaqlanır. Və əgər insan bu hicabı məhv edərsə, bütün hicabları məhvərimdən yox edib, özünü tam olaraq Allaha təqdim etmiş olar. Beləcə o, təkəbbürünü və xudbinliyini imanının ayaqları altına atmış olar. Bu pərdələri məhv etməklə insan onu dünyaya bağlayan bütün iplərdən-qayğılardan, arzulardan-bir sözlə, həyatın özündən xilas olar. O, gözünü qırpmadan Allahın təyin etdiyi hüdudlari və dinini qorumaq üçün ölümün ağuşuna atılar. Onun üçün ən əziz olani-həyatını, canını fikirləşmədən Allah üçün verər, bədənini tərk ederək Rəbbinin hüzurundan durmuş olar. Belə insan hicabı aşıb, çünki özü-özündən keçə bilib.


Mənbə: \"Nəfsin islahı\" kitabı


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter