Hz Peyğəmbər (s) qonşunun haqları barədə verilən suala hansı cavabı verdi?!


Peyğəmbər (s), qonşuların bir-birlərinin üzərində olan hüquqlarını belə izah edir:
«Qonşularınızın sizin üzərinizdə nə kimi hüquqlara malik olduqlarını bilirsinizmi?»
Dedilər: «Xeyr».

Həzrət (s) buyurdu:
«Әgər onlar sizdən kömək istəyirlərsə yardım etməli, borc istədikdə [imkan daxilində] verməli, bir şeyə ehtiyac duyduqda ehtiyaclarını təmin etməli, uğur qazandığı zaman onu təbrik edib sevincinə şərik olması, xəstələnərsə görüşünə getməli, əzizlərindən birini itirdiyi zaman baş sağlığı verməli, dünyasını dəyişdiyi zaman dəfn mərasimində iştirak etməli, ev tikdiyin zaman icazəsi olmadan onun evinə külək və günəşin düşməsinin qabağını kəsməməli və meyvə aldığın zaman ona da verməlisən.

Әgər bunu etməzsinizsə heç olmasa uşaqlarınız əlində meyvə küçəyə çıxmasın. Çünki, yoxsul qonşunuzun uşağının meyvəyə tamahı düşə bilər. Ləziz yeməklər bişirdiyin zaman onlara da bir pay verin və yeməyin iyi ilə onları buna həsrət qoymayın».


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter