İmam Sadiq (ə) səhabəsi Məla ibni Xənisə: Mömin dini qardaşına nisbətdə hansı məsuliyyətləri danışıyır?!


Məla ibni Xənis adlı bir şəxs İmam Sadiq (ə)-dan soruşur: Möminlərin bir-birlərinə qarşı öhdələrinə düşən vəzifə nədən ibarətdir?

İmam Sadiq (ə) cavab verir: Onların üzərinə yeddi mühüm məsuliyyət düşür, amma qorxuram bunları sənə bəyan etdikdən sonra yerinə yetirə bilmədiyin şeyləri onlara da rəva bilməyəsən.

Birinci odur ki, özün arzuladığın şeyi onlar üçün də arzu edəsən və özünə rəva bilmədiyin şeyləri onlara da rəva bilməyəsən.

İkinci odur ki, onların narahatlığına səbəb olan işlər görməyəsən və onları razı salmaq üçün dedikləri hər bir şeyə itaət edəsən.

Üçüncü odur ki, dinin, malın və əməlin ilə onlara köməklik edəsən.

Dördüncü onların sənə verdikləri tövsiyələrə qulaq asasan və yeri düşdükdə sən də onlara dəyərli məsləhətlər verəsən.

Beşinci odur ki, mömin qardaşının yediyindən sən də yeyəsən, içdiyindən sən də içəsən və geyindiyindən sən də geyəsən. Hər bir şeyi onunla bölməyə hazır olasan.

Altıncı odur ki, evinə də dəvət etdiyi zaman dəvətini qəbul edəsən və xəstələndiyi zaman vaxt-aşırı onu görməyə gedib hal-əhval tutasan. Səndə olan bir şeyə meyl etdiyi zaman istəməmiş ona hədiyyə et. Vəfat etdiyi zaman dəfn mərasimində iştirak et və onda sonra başsız qalmış əhli-əyalına köməklik göstər.

İmam Baqir (ə)-ın bu haqda etdiyi tövsiyələrin birində deyilir: \"Mömin qardaşına vədə verdiyin zaman mütləq onu yerinə yetir, onlar səfərə çıxdıqları zaman əmin-amanda olmaları üçün dua et, qayıtdıqları zaman onların görüşünə get. Möminlərlə dostluq edin. Onlar bədən üzvləri kimi bir-birləri ilə sıx əlaqədə olarlar, bir-birinin narahatcılığı dərhal digərində də öz təsirini göstərər”.

Peyğəmbər (s) buyurur: \"Bir müsəlmanın köməyə ehtiyacı olduğu zaman digər müsəlmanları ona yardım etməsi vacibdir. Müsəlman qardaşının çətinliyini aradan qaldırmayan şəxs mənə iman gətirməmişdir. Cənnət əhlindən olmaq istəyirsinizsə müsəlman qardaşlarınıza əl tutun və onların xeyir və şərində iştirak edin.

İmam Sadiq (ə)-dan nəql olunmuş hədisdə deyilir. \"Müsəlman qardaşınızı sevin və ona heç vaxt xəyanət etməyin. Kədərləndiyiniz zaman onun könlünü almağa çalışın, əgər bunu edə bilməsəniz Allah-təaladan onun üçün dua edin.Vəfat etdiyi zaman ailəsinə maddi və mənəvi yardım edin və qəbrini vaxtaşırı ziyarət edib Allah-təaladan onun bağışlanmasını diləyin \"./ehliwie-samux.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter