Böhtan: Feyz Kəşşani (r.a): “Quran təhrif edilib” deyib.


12 Oct

BİSMİLLAHİR RƏHMANİR RƏHİM

HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİNƏ

VƏ SALAM OLSUN MÖVLAMIZ MƏHƏMMƏDƏ VƏ ONUN PAK ƏHLİ-BEYTİNƏ

Vəhhabilərin şiələrə nisbət etdikləri ən böyük böhtan Şiələrin Quranın təhrifindən iman etdikləri yalanıdır. Daha əvvəl Şeyx Müfid, Seyid Əbul Qasim əl-Xoi, Şeyx Məkarim Şirazi haqqındakı böhtanları da bunu açıq və dəqiq bir şəkildə ortaya qoyur. Bax Şiələrin Quranın təhrifindən inandıqları haqqındakı böhtanlarından biri də bu gördüyünüz sənəddir.Gördüyünüz Feyz Kəşşaninin (r.a) ”Əs Safi” adlı təfsirinin 1-ci cildinin 49-cu səhifəsidir.Feyz Kəşşani təhrif haqqında olan hədisləri araşdırır və “bu hədislərə görə Qurandan İmam Əlinin (ə) adı, Əhli Beyt (ə) ləfzi və bəzi yerlərdə münafiqlərin adları çıxarılmışdır” deyir. Bu sənədi İran analiz saytı eynilə köçürüb.Baxmaq istəyənlər linkə daxil olsunlar: İran analizdən Feyz Kəşşaniyə (r.a) böhtan

Amma lənətlənmiş Vəhhabilər hər zamanki kimi sözü tam burada kəsir və gerisini qeyd etmirlər. Biz indi mərhum Feyz Kəşşaninin sözlərinin qalanını da köçürəcəyik və şərhi siz dəyərli oxucularımıza saxlayacağıq:

أنه على هذا التقدير لم يبق لنا اعتماد على شيء من القرآن إذ على هذا يحتمل كل آية منه أن يكون محرفا ومغيرا ويكون على خلاف ما أنزل الله فلم يبق لنا في القرآن حجة أصلا فتنتفي فائدته وفائدة الأمر باتباعه والوصية بالتمسك به إلى غير ذلك ، وأيضا قال الله عز وجل : وإنه لكتاب عزيز لا يأتيه الباطل من بين يديه ولا من خلفه . وقال : إنا نحن نزلنا الذكر وإنا له لحافظون فكيف يتطرق إليه التحريف والتغيير ، وأيضا قد استفاض عن النبي صلى الله عليه وآله وسلم والأئمة عليهم السلام حديث عرض الخبر المروي على كتاب الله ليعلم صحته بموافقته له وفساده بمخالفته فإذا كان القرآن الذي بأيدينا محرفا فما فائدة العرض مع أن خبر التحريف مخالف لكتاب الله مكذب له فيجب رده والحكم بفساده أو تأويله

Belə olduğu halda bizim Quranda olan heç şeyə etimadımız qalmır. Çünki, bu halda bütün ayələrin təhrif və dəyişdirilmiş olduğu ehtimal olunur. Allahın nazil etdiyi ilə müxalif olur.Nəticədə əslən Quran bizə höccət olmur, faydasız olur, “Qurana tabe olmaq”, “Qurana sarılmaq” əmrləri mənasız olur.Amma Allah-Təala “Halbuki o üstün bir kitabdır. Batil, ona qarşıdan və arxadan da gələ bilməz”, “Heç şübhəsiz,zikri (Quranı) Biz nazil etdik və Onun qoruyucuları da həqiqətən Bizik” deyə buyurub. Belə olduğu halda təhrif və dəyişiklik necə ola bilər? Üstəlik Rəsulullah (s.a.a.) və İmamlardan (ə) müstəfiz¹ olaraq rəvayət edilib ki, “Hədisləri Quranla uzlaşdırın, Quranın əksinə olanı rədd edin.” Əgər əlimizdə olan Quran təhrif edilmişdirsə, onda hədisləri Quranla uzlaşdırmanın nə mənası var? Biz deyirik ki, Quranın təhrifinə dəlalət edən hədislər Qurana əks olduğuna görə rədd etməli və onların yararsız olduğuna hökm verilməlidir.

Feyz Kəşşani (r.a), “əs-Safi”, cild 1, səhifə 51


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter