İnsanın rəftarına görə onun əqidəsini bilmək olarmı?


Cavab: Həzrət Əli (ə) buyurmuşdur: “Möminin inamı və kafirin inamsızlığı onların rəftar və əməllərində görünür.”

Küfrünü gizləyib, özünü imanlı göstərməyə çalışan insanlar “münafiq” adlandırılmışdır. Bununla belə, Quranda münafiqlərin xüsusiyyətləri açıqlanır:

−biganələrlə dostluq;−dini hakimiyyətlə düşmənçilik;

−möminlərin təhqiri;−araqarışdırma;

−günahı yaxşıya yozma;−xudpəsəndlik;

−qorxaqlıq; −süstlük;

−həvəsbazlıq; −yalan və riya;

−ətrafdakıları şübhəyə salmaq;

−insanları azdırmaq;

−istehza və möminlərdə eyb axtarmaq;



Kafirlərin xüsusiyyətləri:

−dinin məhvi üçün kapital qoymaq; −Allahın ayələrinə istehza;

−həvəsbazlıq; −ağılın səsini boğmaq;

Möminlərin xüsusiyyətləri: −Allaha təvəkkül;

−Allah qorxusu; −dini dəyərlərin qorunması;

−iffət; −namazda mütilik; −mənasız işlərdən çəkinmək;

insanları yaxşı işlərə dəvət etmək və pisdən çəkindirmək;

başqalarının maddi ehtiyaclarının təmini;

din qardaşlarına kömək; təvazökarlıq; kafirlərdən uzaqlıq; əhdə vəfa;



İmam Sadiq (ə) möminlərə aid səkkiz xüsusiyyət sadalayır:

1. Çətinlik zamanı aramlıq.

2. Dünya acılıqları önündə dözüm.

3. Ruzi və asayişə görə şükr.

4. Allahın verdiyi ruzidən razılıq.

5. Düşmənə təcavüz etməmək.

6. Yükünü dostun çiyninə qoymamaq, dostun günah yükünü götürməmək.

7. Allaha itaət və xalqa xidmət üçün canını əziyyətə salmaq.

8. Xalqın asayişini pozmamaq.=Kitabın adı: Şübhə doğuran suallar/Müəllif: Məhəmməd Turan


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter