Görəsən Allah insandan sonra başqa bir varlıq xəlq edəcəkdirmi?


Əbu Xalid nəql edir ki, İmam Sadiqə (ə) dedim: “O zaman ki, behişt əhli behiştə və cəhənnəm əhli cəhənnəmə daxil olacaqdır, sonra nə olacaqdır?”.

Həzrət (ə) buyurur: “Əgər Allah istəsə məxluqlar yaradar və onlar üçün dünya icad edər. Bu işi görəcəkdir”. (İslami saytlara istinadən)



Muhəmməd ibni Müslim nəql edir ki, İmam Baqir (ə) buyurur: “Allah o gün ki, yer üzündə xəlqin yaradılışının bünövrəsini qoydu, yeddi aləm xəlq etmişdir ki, onlar Adəm övladı hesab olunmurdular. Bir-birinin ardınca orada sakin olmuşdular. Nəhayət məhv olmuşdular. (Allah) Adəmi (ə) yaradır və övladlarını onun nəslindən xəlq edir.



Allaha and olsun ki, behişt heç bir zaman möminlərin ruhundan boş olmamışdır. Atəş isə kafirlərin və günahkarların ruhlarını boş buraxmamışdır. Yəqin belə düşünürsən ki, Qiyamət bərpa olacaqdır və Allah behişt əhlinin bədənlərini ruhları ilə birləşdirəcəkdir. Cəhənnəm əhlinin ruhlarını cəhənnəmdə bir yerdə cəm edəcəkdir?



Artıq O, şəhərdə pərəstiş olunmayacaq və ona pərəstiş edən xəlqi yaratmayacaqdır? Belə deyildir. Allaha and olsun ki, yaradılış olacaqdır ki, dişi və erkək olmadan dünyaya gələcək və Ona bəndəlik edəcəkdir. O, elə bir yer xəlq edəcəkdir ki, onları daşıya bilsin.



Səma xəlq edəcəkdir ki, kölgəsində olsunlar. Məgər görmürsən ki, Allah buyurur: “Bu yerin başqa bir yerə çevriləcəyi (dağların məhv olacağı, dəryaların buxarlanacağı və yer üzünün tamamilə düz olacağı) və həmçinin göylərin (dəyişəcəyi) və hamının (bütün ölülərin hesab və cəza üçün) hər şeyə qalib tək Allahın hüzurunda zahir olacağı gündə!”. (“İbrahim” 48).



“Məgər Biz (varlıq aləminin) ilk yaradılış(ın)da aciz qalmışıq (ki, onların yenidən qaytarılmalarında da aciz qalaq)?! (Onlar ilk yaradılışı inkar etmirlər,) əksinə yeni yaradılış barəsində səhvdədirlər”. (“Qaf” 15)./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter