Məsİhİlər kİmİ xİlaskar sayır?


Həzrət İsa (ə) xalqa müjdə vermək üçün gəlmişdi. “İncil” yunan sözüdür və “xoş xəbər” mənasını bildirir. Bu müjdə ilahi bir qiyamdan, başqa sözlə, yer üzünə hakim olacaq tövhid höku-mətindən danışırdı.
Müqəddəs kitabda oxuyuruq: “Bütün şəhərləri ilahi hökumətlə müjdələmək mənə vacibdir və mən bundan ötrü göndərilmişəm.” (“Əhdi-Cədid”, s. 205.)
Matta İncilində deyilir: “Həzrət İsa (ə) bütün şəhərləri və kəndləri gəzirdi və xalqa təlim verir, onları müjdələyirdi.” (“Matta İncili”, 9:62:35.)
Həzrət Məsihin kəlamlarında “insan övladı” təbiri tez-tez gözə dəyir. Matta İncilində deyilir: “Burada olanların arasında elələri var ki, göyə çəkilən insan övladını görməyincə ölümü dadmazlar.” (“Əhdi-Cədid”, “Matta İncili”, s. 82-84.)
Kitabın başqa bir yerində deyilir: “Günəş şərqdən doğub hər yeri işıqlandırır. İnsan övladının gəlişi də belədir.”
Eyni mənbədə oxuyuruq: “Hazır olun, onu gözləmədiyiniz saat-da insan övladı gələcək.”
“İnsan övladı” dedikdə nə nəzərdə tutulur? (Məsihilər bu ifadəni Həzrət Məsihə (ə) aid etmək istəyir. Amma bütün dəlillər uyğun təbirin həzrət Məsihə (ə) yox, həzrət Mehdiyә (ə) aid olduğunu göstərir:
a) Yuhanna İncilində həzrət Məsihin (ə) dili ilə deyilir: “Mən əzəmət tələbində deyiləm. Onu tələb edən və hökm verəcək kəs var.”
b) Matta İncilində deyilənlərdən aydın olur ki, “insan övladı” Məsih deyil. Həmin şəxs dünyanın axırlarında zühur edəcək və İsa ibn Məryəm (ə) ona tabe olacaq.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter