“Səfİnə” və “Əman” hədİslərİ İmamın mövcudluğunu necə təsdİq edİr?


Firqələr tərəfindən nəql olunmuş rəvayətlərə əsasən, həzrət Peyğəmbər (s) öz Əhli-beytini (ə) Nuhun gəmisinə (“Səfinə”) bənzətmişdir.
İbn Hicr Məkki həzrət Peyğəmbərin (s) dilindən belə nəql edir: “Həqiqətən, mənim Əhli-beytim (ə) Nuhun gəmisi kimidir. Hər kəs bu gəmiyə süvar olsa, nicat tapar.”
Bu hədis müxtəlif yollarla, müxtəlif şəkillərdə nəql olunmuşdur. Onun məzmunu haqqında dərindən düşündükdə aydın olur ki, qiyamət gününədək hər bir dövrdə məsum İmam olmalıdır. Yalnız İmamın varlığı ilə qurtuluş gəmisinə süvar olub fitnə dəryasından keçmək və behiştə yetişmək olar.


“Əman” hədisi İmamın mövcudluğunu necə sübut edir?
Müxtəlif firqələrdən nəql olunmuş rəvayətlərə əsasən Peyğəm-bər Əhli-beyti (ə) yer əhli üçün amandır. Əgər Əhli-beytim (ə) həlak olsa, yer əhli Allahın vəd etdiyi aqibətə düçar olar.
Səmhudi bu hədisi nəql etdikdən sonra deyir: “Ümmət üçün aman olan Əhli-beyt (ə) dedikdə xalqı hidayət edən alimlər nəzərdə tutula bilər. Necə ki, xalq ulduzlar vasitəsi ilə hidayət olur.”
Bu hədis aydın şəkildə göstərir ki, hər bir dövrdə Əhli-beytdən (ə) məsum bir rəhbər olmalıdır. Hazırkı dövrdə həmin şəxs Mehdidir. İmam olmasa, bütün yer üzü məhv olar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter