Qüreyşİ İmamı haqqındakı hədİs İmam Mehdİnİn varlığını necə sübuta yetİrİr?


Buxari, Müslim və başqaları həzrət Peyğəmbərin (s) dilindən belə nəql edirlər: “Yer üzündə iki nəfər qalsa belə xilafət əmri Qüreyş üçün sabitdir.” (“Səhihi-Buxari”, c. 9, s. 29.)
Bu hədisdə xarici bir olaydan xəbər verilir. Bu olayın gerçəkləşməsi vacibdir. Həzrət Peyğəmbərin (ə) xilafətini hər bir dövrdə layiqli bir Qüreyşiyə tapşırmaq müsəlmanların vəzifəsidir. Fəxr Razi və başqalarının nəzərincə “ulil-əmr” məsumlara işarədir. Hər bir dövrdə Qüreyşdən məsum bir İmam mövcuddur. Nə qədər ki, yer üzündə həyat davam edir, bu şəxs həzrət Mehdidir (ə). (“Nisa”, 59) (“Təfsiri-Fəxr-Razi”, c.10, s. 144; “Təfsiri-Əl-Mizan”, c. 4, s. 387-401.)
Başqa sözlə, rəvayət və ayədəki “ulil-əmr” sözü zahir və batini rəhbərliyə işarədir. Tam mənada peyğəmbərin sifət və xüsusiyyətlərinə malik olan şəxs onun canişini olaraq hər vaxt mövcuddur. Sadəcə, ona vəhy nazil olmur. Hazırkı dövrdə bu canişin həzrət Mehdidir (ə).
İbn Hicr Əsqəlani: “Həzrət İsanın dünyanın sonunda bu ümmətdən olan şəxsin arxasında namaz qılması deyilənlərin möhkəm dəlilidir: Yer üzü heç vaxt “Qaim billah – höccətsiz olmayacaq.” (“Fəthul-Bari”, c. 6, s. 385.)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter