Bu qısa kəlmədən ibarət moizəyə əməl etsə, insan cəhənnəmdən xilas olar!


Ustad Ayətullah Məkarim Şirazi buyurur: “İnsanın başıaşağı cəhənnəmə atılmasının səbəbi aydındır. Bütün bunlar dilinə görədir. Bu əzab yəqin ki, ona görədir ki, günah edən üzv ilk olaraq yansın və əzab çəksin.

İnsan dili ilə günah etdiyi üçün, onu başıaşağı halda cəhənnəm atəşinə atarlar ki, ilk olaraq dili yansın. Çünki məhz bu dili həmin atəşi alovlandırmışdır. Başqa insanlara töhmət vurmuş və zülm etmişdir. Gərək hər səhər yuxudan ayılan zaman Allahdan istəyək ki, bizi dilimizin şərindən amanda saxlasın. Həmçinin gecə yatağa uzanan zaman Allahdan dilimizlə etdiyimiz günahlara görə istiğfar və tövbə edək. Çünki insan həqiqətən dilinə görə daima təhlükədədir”.


Əmirəl-möminin (ə) buyurur: “Dil büdrəməsinin cəzası, nizənin vurduğuyaradan daha ağırdır”.
Həzrət Əli (ə) başqa yerdə buyurur: “İnsanın ayağı aldığı zərbədən sağalar, ancaq dilin vurduğu zərbə başları bada verər”.

Mərhum Ayətullah Şeyx Muhəmməd Təqi elmi hövzənin dəyərli müəllimlərindən olmuşdur. O, deyirdi: “İnsanlar məndən moizə etməyimi istəyəndə, deyirəm: “Dil, dil! Gərək dilinizə nəzarət edəsiniz”.

Mərhum Xunsari elə insan idi ki, əgər 50 il onunla bir yerdə əyləşsəydin, heç kəs haqqında bir söz deməzdi. Ya da özünü heç kəsdən üstün bilməzdi. O, dilinə çox hakim bir insan idi. İnsan gərək dilinə nəzarət etsin, çünki cəzası çox ağırdır. İmam Əli (ə) buyurur: “Dilin cisim və həcmi kiçikdir, ancaq günah və cəzası böyükdür””. (Həvzəh)

Bu qısa kəlmədən ibarət moizəyə əməl etsə, insan cəhənnəmdən xilas olar. İmam Əli (ə) buyurur: “Dil – vəhşi heyvandır, əgər nəzarət olunmazsa, (insanı) parçalayar”. /Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter