Təvqalı olmaq üçün lazım olan hansı 6 müqəddimə lazımdır?!


Allah Təala Quranda təqva əhli olmaq üçün 6 yolu bəyan edir ki, onlarla tanış olaq: “O kəslər ki, qeybə (Allah, vəhy, mələklər və məad kimi hissiyyatın dərk edə bilmədiyi şeylərə) inanır, namaz qılır (haqqın müqabilində boyun əyir) və ruzi olaraq verdiyimiz şeylərdən (Allah yolunda) xərcləyirlər.

O kəslər ki, sənə nazil edilənə və səndən əvvəl (olub keçmiş peyğəmbərlərə) nazil edilənlərə imanları və axirət(Qiyamət) gününə yəqinlikləri vardır. O kəslər ki, sənə nazil edilənə və səndən əvvəl (olub keçmiş peyğəmbərlərə) nazil edilənlərə imanları və axirət (Qiyamət) gününə yəqinlikləri vardır”. (“Bəqərə” 3-4).



Beləliklə, təqvalı olmaq üçün bu 6 müqəddimə təqdim edilir:



1. Qeybə iman bəsləmək.

2. Namaz qılmaq.

3. Allah yolunda infaq etmək.

4. Qurana iman bəsləmək.

5. İslam Peyğəmbərindən (s) əvvəlki peyğəmbərlərin (ə) səma kitabına iman bəsləmək.

6. Cəza gününə yəqinlik əldə etmək. (Tebyan)



Bu müqəddimələrin hər biri, öz növbəsində, təqvanın yaranmasına və güclənməsinə təsir edən mühüm amillərdir. Misal üçün, o zamana qədər ki, insanın Allaha, axirət gününə və hesab verəcəyinə iman və yəqini olmazsa, təvqa hasil olmaz./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter