Kufədə həzrət Cəbrayıl məqamı – Vəhy mələyi bu şəhərə gəlibmi?


Məscidlər yer üzündə Allah Təalanın “evləri” hesab olunur. Bu səbəbdən bu evlərin digər evlərdən imtiyazı, xüsusi dini məsələləri vardır. Bu evlərin ehtiramı qorunmalı, paklığına riayət olunmalıdır.

“İslaminSesi” – Yer üzünün əzəmətli məscidlərindən biridə İraq-Kufə məscididir. Bu məscidə həmçinin “Xəlifə-qalası”da deyilir. İmam Əli (ə) xilafəti dövründə mərkəzi bu şəhərə köçürür və xilafəti burdan idarə edir.

Bu məscid tohid dininin 3 əzəmətli məscidi olan Məscidul-həram, Peyğəmbər (s) məscidi, Əqsa məscidindən sonra 4-cü əzəmətli məsciddir.

Burada əzəmətli insanların məqamları, bərəkətli nəfəslərinin izləri vardır. O cümlədən həzrət Nuhun, həzrət Adəmin, həzrət İbrahimin, Xızır peyğəmbərin, İmamların (ə) ibatət etdiyi yerləri, məqamları vardır. Həmçinin bu şəxsiyyətlərlə yanaşı burada vəhm mələyinin də məqamı vardır.

Həzrət Cəbrayılın bu məscidə gəlməsi haqqında insanlarda bəzi suallar doğurur. Mənbələrdə bildirilir ki, həzrət peyğəmbər (s) merac gecəsində Məscidul-Həramdan (Məkkə) Məscidul-Əqsaya (Fələstin) merac edərkən həzrət Cəbryıl bu bərəkətli, qədim peyğəmbərlərin məkanını Allah Rəsuluna (s) işarə edir. Onlar Allahın icazəsi ilə bu peyğəmbərlər məkanına gəlirlər. İslam peyğəmbəri (s) burada 2 rəkət namaz qılır.

Bu bərəkətli məqamda həm peyğəmbər (s) məqamı, həm də həzrəti Cəbrayıl məqamı vardır. (Fəzlul-kufə səh-28, Bihar 100/397)

İmam Əli (ə) Kufəyə ilk dəfə gəldikdə məsciddə kütlə qarşısında çıxış edir və buyurur ki, bu məscid Allah Təalanın heç bir ümmətə bəxş etmədiyi, sizə bəxş etdiyi bir nemətdir. Bura qardaşım Adəmin, Nuhun evidir, burada Xızırın, İdrisin, İbrahimin məqmları vardır. İmam buyurur ki, övladım Məhdi (ə.f) zühur etdikdə burada namaz qılacaq, bu məscid onun (ə.f) namazgahı olacaq.

İmam (ə) həmçinin Kufə məscidini Məscidul-həram, Peyğəmbər (s) məscidi, Əqsa məscidindən sonra dünyada olan 4-cü “cənnət qəsri” adlandırır.\\Yaşar Nuriyev.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter