Dindar olmayanları hansı düşüncələri ölümdən qorxmağa vadar edər?!



Kafirlərin can verməsinin çətinliyi: Artıq könül verdiklərindən ayrılmaq zamanı çatmışdır.

كَلَّا إِذَا بَلَغَتِ التَّرَاقِيَ وَقِيلَ مَنْ رَاقٍ وَظَنَّ أَنَّهُ الْفِرَاقُ وَالْتَفَّتِ السَّاقُ بِالسَّاقِ إِلَىٰ رَبِّكَ يَوْمَئِذٍ الْمَسَاقُ


\"Xeyr, o (ruh) körpücük sümüklərinə yetişəcəyi zaman; “Ovsunu kim oxuyacaq? (Xəstəni kim müalicə edəcək?)” – deyiləcəkdir. (Can verən adam dünya həyatından) ayrıldığını yəqin edəcəyi və baldır baldıra dolaşacağı zaman – o gün (hər kəs) Rəbbinin hüzuruna gətiriləcəkdir.\" (Qiyamət, 26-30).

İzah: Qeyd etdiyimiz kimi, ölüm əməllərin əvəzinin müşahidə olunmasının başlanğıcıdır. Buna görə də kafir və fasiqlərin ölümü möminlərin ölümündən fərqlənir. Birinci dəstə ölüm mələyini gördüyü zaman qorxuya düşər ki, artıq könül verdiklərindən ayrılmaq zamanı çatmışdır. Canı (ruhu) alan mələklər təhqir və hörmətsizliklə üzlərinə şillə vurarlar ki, ruhlarınızı çıxarın və özünüzü alçaldıcı əzaba hazırlayın (Ənam, 93). Bu ayələr də onların can verməsinin çətin keçməsindən, puç və xəyali güclərinin o an işə yaramamasından xəbər verir.

Hədis: İmam Səccad (ə): “Allaha and olsun ki, məzarlar ya Cənnət bağlarından biri, ya da yandırıcı Cəhənnəm quyularından biridir.” (Xisal, c. 1, səh. 120, hədis: 108).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter