Hz Peyğəmbərin (s) hədisinə əsasən hansı məsələdə xəsislik vacibdir?!


Peyğəmbərimiz (s) buyurub: “Öz ömrünə qarşı dinar-dirhəmindən daha xəsis ol”
“Allah sizi torpaqdan sonra nütfədən xəlq etmiş, sonra da sizi cüt-cüt yaratmışdır. O bilmədən heç bir qadın hamilə olmaz və doğmaz. Ahılın ömrünün uzadılması da, kimsənin ömrünün qısaldılması da, ancaq kitabda yazılmışdır. Həqiqətən, bu Allah üçün çox asandır.” [1]

İmam Əli (ə) buyurub: “Sənin ömrün çəkdiyin nəfəslərin sayıdır və bu nəfəsləri bir gözətçi sayır.” [2]
Məhəmməd peyğəmbər (s) buyurub: “Sizlərdən heç biri ömrünüzün bir gününü arxada qoymadan, ömrünüzün növbəti gününün pişvazına çıxmır.” [3]

“Öz ömrünə qarşı dinar-dirhəmindən daha xəsis ol.” [4]

“Həyatın müddəti məhduddur və heç kəs, onun üçün müəyyən edilmiş ömürdən çoxuna çata bilməz. Buna görə də ömür başa çatmamış tələsin.” [5]

İmam Əli (ə) buyurub: “Günün keçəni səndən gedəndir, gələcəyi şübhəlidir və indiki zaman isə fürsətdir.” [6]

“Nə tez ötür günün saatları, nə tez keçir ayın günləri, nə qədər tez sovuşur ilin ayları və nə qədər tez ötür ömrün illəri!.” [7]
“Ey camaat! Elə indi, indicə vaxtı qənimət bilin, peşman olmamış və hər bir kəs «əfsus ki, Allahın işində səhlənkarldıq etdim» deməmiş vaxtı qənimət bilin” [8]
“Allahın rəhməti olsun nəfəslərinin ölümə doğru atdığı addımlar olduğunu bilən və sonra əmələ tələsərək arzularını qısaldana.” [9]

“Məbada, öz ömrünüzü sizə qalmayacaq bir şey üçün hədərə verəsiniz. Çünki keçən ömür geri dönməz.” [10]
“Ömrün sənin xoşbəxtliyinin mehriyyəsidir. Bu şərtlə ki, onu Allaha ibadət yolunda keçirəsən.” [11]/ahliman.info

[1] Fatir surəsi, ayə 11
[2] Ğurərul-Hikəm, hədis3434

[3] Tənbihul-Xəvatir, c. 2, səh. 218
[4] Məkarimul-Əxlaq, c. 2, səh. 346, hədis 2661

[5] Əlamud-Din, səh. 336, hədis 12
[6] Ğurərul-Hikəm, hədis 9840

[7] Nəhcül-Bəlağə, xütbə 188.
[8] Tənbihul-Xəvatir, c. 2, səh. 89

[9] Ğurərul-Hikəm, hədis 5214
[10] Ğurərul-Hikəm, hədis 2618
[11] Ğurərul-Hikəm, hədis 3429


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter