Quranİ-Kərİmdə əmr sahİblərİndən məqsəd kİmlərdİr?


Qurani-Kərimdə əmr sahiblərindən məqsəd kimlərdir?
Cəfəri məzhəbinin əqidəsinə görə, əmr sahiblərindən məqsəd İslam Peyğəmbərindən (s) sonra Həzrəti Əli (ə) və onun ardınca digər Əhli-beyt İmamlarıdır.
İddianın isbatı belədir:
1. Öncə izah etdiyimiz kimi, ayə əmr sahiblərinin məsum-luğuna dəlalət edir.
2. Peyğəmbərdən (s) sonra Qurani-Kərim və rəvayətlərə əsa-sən və xüsusən də «Təthir» ayəsinə əsasən Əhli-beyt İmamları bu məqama layiqdirlər. Və onların isməti haqda ayə və rəvayətlər Əhli-beyt İmamlarının məsum olduğunu bildirir.
3. Əhli-beytdən qeyri bir şəxs nə ismət iddiası edə bilər və nə də ki, onun məsumluğuna bir dəlil ola bilər. Buna görə də, ismət məsələsi Əhli-beytə aid olduğundan onlar əmr sahibləri hesab olunurlar.
4. Şiə və sünni kitablarında əmr sahibinin kimliyi haqqında söz açılmışdır. Belə ki, onu inkar etməyə bir yer qalmamışdır. Həmin hədislərdən birini zikr edirik: Cabir ibn Abdullah Ənsari deyir: Allah itaət ayəsini «يا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللّهَ...» Peyğəmbərə (s) nazil edərkən soruşdum: Ey Allahın Rəsulu! Mən bu ayədə sözü gedən Allah və rəsulunu tanıyıram. Amma əmr sahibləri ki, (Allah ona itaət etməyi sizə itaət etməyin yanında qərar vermişdir), kimlərdir?
Peyğəmbər (s) cavabında buyurdu: Ey Cabir, onlar mənim canişinlərim və məndən sonra müsəlmanların rəhbəridir. Onların birincisi Əli ibn Əbutalib, sonra Həsən , sonra Hüseyn, ondan sonra Əli ibn Hüseyn, sonra Muhəmməd ibn Əli (ki, Tövratda Baqir adı ilə tanınmışdır). Ey Cabir! Sən tezliklə onu görəcəksən. Onun görüşünə getdiyin zaman mənim salamımı ona yetir. Və ondan sonra İmam Cəfər ibn Muhəmməd Sadiq və ondan da sonra Musa ibn Cəfər, Əli ibn Musa, Muhəmməd ibn Əli, Əli ibn Muhəmməd və ondan sonra da Həsən ibn Əli və onun ardınca da adı adımdan və künyəsi künyəmdən olan yer üzündə Allahın son hüccətidir...».


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter