Həzrət Davudun (ə) səhv mühakİmə etməsİ məsumluğuna ləkə gətİrmədİmİ?


Əgər peyğəmbərlər məsumdurlarsa nədən Həzrəti Davud (ə) mühakimə etməkdə tələsdi və səhvə düçar oldu?
Həzrəti Davudun (ə) Qurani-Kərimdə dastanı belə bəyan olunur:
«وَ هَلْ أَتاكَ نَبَأُ الْخَصْمِ إِذْ تَسَوَّرُوا الْمِحْرابَ. إِذْ دَخَلُوا عَلى داوُدَ فَفَزِعَ مِنْهُمْ قالُوا لا تَخَفْ خَصْمانِ بَغى بَعْضُنا عَلى بَعْضٍ فَاحْكُمْ بَيْنَنا بِالْحَقِّ وَ لا تُشْطِطْ وَ اهْدِنا إِلى سَواءِ الصِّراطِ. إِنَّ هذا أَخى لَهُ تِسْعٌ وَ تِسْعُونَ نَعْجَةً وَ لِيَ نَعْجَةٌ واحِدَةٌ فَقالَ أَكْفِلْنيها وَ عَزَّني فِي الْخِطابِ. قالَ لَقَدْ ظَلَمَكَ بِسُولِ نَعْجَتِكَ إِلى نِعاجِهِ وَ إِنَّ كَثيراً مِنَ الْخُلَطاءِ لَيَبْغي بَعْضُهُمْ عَلى بَعْضٍ إِلاَّ الَّذينَ آمَنُوا وَ عَمِلُوا الصَّالِحاتِ وَ قَليلٌ ما هُمْ وَ ظَنَّ داوُدُ أَنَّما فَتَنَّاهُ فَاسْتَغْفَرَ رَبَّهُ وَ خَرَّ راكِعاً وَ أَنابَ. فَغَفَرْنا لَهُ ذلِكَ وَ إِنَّ لَهُ عِنْدَنا لَزُلْفى وَ حُسْنَ مَآبٍ»؛
“(Davudun yanında) çəkişənlərin xəbəri sənə gəlib çatdımı? O zaman onlar divarı aşıb məbədə girdilər. Onlar Davudun yanına daxil olduqda (Davud) onlardan qorxdu. Onlar dedilər: “Qorxma! Biz iki iddiaçıyıq. Birimiz digərinin haqqını tapdalamışdır. Aramızda ədalətlə hökm ver, haqsızlıq etmə və bizə düz yolu göstər! Bu mənim qardaşımdır. Onun doxsan doqquz qoyunu, mənim isə bircə qoyunum vardır. (Bununla belə:) “Onu mənə ver!”– dedi və mübahisədə mənə üstün gəldi”. (Davud) dedi: “O sənin qoyununu öz qoyunlarına qatmaq istəməklə, sənə qarşı haqsızlıq etmişdir. Həqiqətən, şəriklərin çoxu bir-birinin haqqını tapdalayar. Yalnız iman gətirib yaxşı işlər görənlərdən başqa. Onlar isə çox azdırlar!” (Bunları dedikdən sonra,) Davud Bizim onu sınağa çəkdiyimizi yəqinləşdirərək, Rəbbindən özünün bağış-lanmasını dilədi və səcdəyə qapanıb tövbə etdi. Biz bunu ona bağışladıq. Həqiqətən, o Bizə yaxın olanlardandır və onun üçün gözəl qayıdış yeri hazırlanmışdır.” (Sad surəsi, 21-25-ci ayələr)
Bu ayələr Peyğəmbərin isməti ilə bir ziddiyyət təşkil etmir. Çünki:
1. Bu ayələrdən öncəki ayələrdə Allah Həzrət Davudun (ə) mühakiməetmə üslübunun adi qaydada (şahid, əşyayi dəlil və s... ilə) olmadığını, Allahın bəxş etdiyi özünəməxsus üsulla olduğunu söyləyir. Alimlərin bir çoxu da elə bu qənaətdədir ki, O Həzrət qeyb elmindən yararlanaraq hökm edirdi. Yəni Allah doğru qərarı onun dilinə gətirirdi.
«وَ شَدَدْنا مُلْكَهُ وَ آتَيْناهُ الْحِكْمَةَ وَ فَصْلَ الْخِطابِ»؛
“Biz onun mülkünü möhkəmləndirdik, özünə də hikmət (peyğəmbərlik) və düzgün qərar çıxartmaq qabiliyyəti bəxş etdik.” (Sad surəsi, 20-ci ayə)
Buna görə də o Həzrət, adəti üzrə şahid tələb etmədən, bu minvalla “Allah doğru hökmü onun dilinə gətirəcək”, danışdı.
2. Burada Həzrət Davud (ə) tələskənliyindən dolayı günah deyil, sadəcə “tərki ovla” (yaxşı əməli tərk) etdi.
O zaman, hər bir peyğəmbər “tərki ovla” olan müstəhəb bir əməli tərk edərkən tövbə etdikləri kimi Həzrət Davud (ə) da Allahdan bağışlanmaq dilədi. Allah-taala da onun tövbəsini qəbul etdi.
3. Bəzi alimlərin fikrincə Həzrət Davud (ə) hökmü şikayət edənin sözünün düz olduğu təqdirdə keçərli idi. Belə halda digər tərəfin sözünü dinləmədən söylədiyi nəzər doğru sayılır. Başqa sözlə desək Həzrət Davudun sözünün mənası bu idi ki, «əgər dediyiniz kimidirsə bunun cavabı belədir».
4. Əgər Davud (ə) günah etmiş olsaydı o zaman Qurani-Kərim onun bu mühakiməsindən sonra onu yaxşılıqla yad etməz, uca məqamı olduğunu söyləməzdi. Sonra da ayədən göründüyü kimi Allah ona insanlar arasında Allahın xəlifəsi olaraq hökm etməsini əmr etməzdi.
5. Bir çox təfsirçilərin (hədislərə əsaslanaraq) rəyinə əsasən Davud peyğəmbərin (ə) yanına gələnlərin mələk olduqlarını deyirlər. Allah onları Davudun (ə) yanına göndərdi ki, onu sınağa çəksinlər. Bununla da ona bildirsinlər ki, onun düzgün mühakimə yürütməyinin səbəbi Allah tərəfindəndir. Əgər Allah bir an ondan elmi dəstəyini götürsə o da başqa insanlar kimi, qəzavətində səhvə düçar olardı.
6. Bu hadisə qeyri-adi halda, mələklərlə sınaq halında olduğu üçün, təklif halında olmadığından heç bir əməl günah sayılmır. Sanki o, yuxuda olarkən mühakimə etmişdir. İmtahan məqamında da yuxu aləmindəki kimi təklif yoxdur. Təklif yalnız maddi aləmdə oyaq halındadır. Buna görə də Həzrətin tələsik mühakiməsi günah hesab olunmur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter