Hz Peyğəmbər (s) insanların ən şərrini hansı əməl sahibi olaraq tanıtdırır?


Hədisə diqət etdikdə, bu dəyərli kəlam şərr insan obrazını tam şəkildə əks etdirir.

İslaminSesi.info – Qurani Kərim insanın yaradılış hədəfi barədə açıq şəkildə buyurur: “Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır.” – Mülk-2

Qurana əsasən insənin əsas vəzifəsi rəbbini tanımaq və ilahi göstərişlərə boyun əyməkdir. Bu itaətin nəticəsi isə Allahın onu ucaltması və müxtəlif dünya və axirət nemətlərindən əta etməsidir.

Qurana əsasən insan öz əməllərində ixtiyar sahibidir və ilahi nemətləri öz səyi və əzmi sayəsində əldə etməlidir. Bu keşməkeşli və məsuliyyətli yolda insan xeyir əhlindən də ola bilər, şərr tərəfdə də mövqe seçə bilər.

Qurani Kərim iman və xeyir əhlini yradılmışların ənyaxşısı, şərr əhlini isə ən pisi adlandırır:

“Həqiqətən, kitab əhlindən kafir olanların və müşriklərin yeri cəhənnəm odudur. Onlar orada əbədi qalacaqlar. Onlar yaradılmışların ən pisidirlər.

İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır.” (Bəyyinə-6-7)

Qurana əsasən yaxşı və pisin meyarı iman və iman əsasında olan əməldir. Peyğəmbər (s) və İmamların (ə) hədislərində də bunun izahını və müfəssəl şəkildə açıqlamalarını görmək olur. Hədis və müqəddəs kəlamlarda insanlar daima xeyir əməllərə dəvət edilir, şərr işlərdən, şərr dəstəsindən olmaqdan çəkindirilir.

Şərrin pisliyi barədə olan hədis və dəyərli kəlamlar o qədər incəlik və açıqlıqla bəyan olunur ki, hətta Həzrət peyğəmbər (s) şərri də qismlərə ayırır . Peyğəmbər (s) şərr əqidəli insanlarla, ən pis insanları belə ayırır:

“İnsanların ən şərri (pisi) axirətini dünyasına satandır, bundan da daha şərr (pis) olanı isə axirətini başqasının dünyasına satandır.” (Mən la yəhzuruhul-fəqih. 4/353)

Bu hədis insana çox şey öyrədir. Hədisə diqət etdikdə, bu dəyərli kəlam şərr insan obrazını tam şəkildə əks etdirir.-- Yaşar Nuriyev


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter