Yediyini qaytarmaq ramazan ayının orucunu pozurmu?


Yediyini qaytarmaq orucu pozurmu? İslaminSesi.info – Ramazan ayının orucu müqəddəs İslam şəriətində vacib edilmiş oruclardandır. Sağlamlığı və digər şərtləri imkan verən hər bir kəsə vacibdir ki, bu ayın orucunu tutsun.

Oruc olmaq sübh əzanından məğrib əzanına qədər yeyib-içməkdən və bəzi orucu pozacaq işlərdən uzaq olmaqdır. Bu kimi orucu pozan işlərdən biri də yediyini qaytarmaq (qusmaq).

Hawzahnews.com agentliyi bu barədə Şeyx Ayətullah Muhəmməd İshaq Fəyyazın dəftərxanasına sual ünvanlayıb.
Sualda deyilir: Oruc tutan bir şəxs əgər ramazan ayının gündüzündə qaytararsa (qusarsa) orucu batil olurmu (pozulurmu)?

Cavab: Bilərəkdən (qəsdən) qusmaq orucu batil edər. Hətta müalicə məqsədi ilə olsa belə.
Lakin qusmaq qeyri ixtiyari olarsa oruca heç bir zərər gəlməz.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter