Hz. Əli (ə) iman nədir deyə soruşana belə cavab verdi?


Həzrət Əli (ə) bəzən elə bir qısa kəlmə deyir ki, cildlərlə şərh yazılacaq mövzuları əhatə edir. Yaxud insan ömrünü elə bir qısa cümləyə yığır ki, bütün insanlığı özündə ehtiva edir.

İslaminSesi.info - Həzrət Əli (ə) tarixin misli görünməmiş bir şəxsiyyətidir. Hər kəs axtardığı bütün müsbət xüsusiyyətləri o Həzrətdə (ə) müşahidə edə bilir. Yəni hər kəs ona (ə) öz baxış prizmasından baxdıqda, görmək istədiyini görə bilir. Çünki o Həzrət (ə) kamil insan idi. Kamil obraz da insanlığı bütün kriteriyalarda (sahələrdə) təmsil edir. Yəni o Həzrət bir aynadır ki, hər həs axtardığını onda tapa bilir.

Alim, arif, aşiq, filosof, rəhbər, sərkərdə, qazı, insanlığa aid hansı keyfiyyəti axtarsan, onu ən üstün şəkildə Əlidə (ə) taparsan. Çünki o Həzrət (ə) elmini Allahdan almış kamil bir insan nümunəsidir.

Həzrət Əli (ə) bəzən elə bir qısa kəlmə deyir ki, cildlərlə şərh yazılacaq mövzuları əhatə edir. Yaxud insan ömrünü elə bir qısa cümləyə yığır ki, bütün insanlığı özündə ehtiva edir.

İmam (ə) geniş mənaya malik olan və bütün İslamı əhatən edən \"iman \" kəlməsini də qısa şəkildə bu cür ifadə edir:

\"İman qəlbən Alahı tanımaq (qəlbən bağlanmaq, əqlən idrak etmək), dil ilə təsdiq etmək (zahirən biruzə vermək), ərkana əməl etməkdir (İlahi göstərişlərə tabe olmaqdır).\" (Nəhcul-bəlağə. 508)

İman insanlığ meyarıdır. İnsan imanı ilə izzət və şərəf sahibi olur. Bu da yalnız Allaha etiqad, ilahı mərifət (tanıma) və qəlbi bağlılığla mümkündür./Yaşar Nuriyev


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter