Günahsızlar İsmətdə eyni dərəcədədİrlərmİ?


Bütün peyğəmbərlər məsumdurlar. Ancaq, məsumluqlarında müxtəlif dərəcələrə sahibdirlər. “Tam ismət” onların hər biri üçün lazımdır, ancaq ondan üstün olan “Daha kamil ismət” isə hər peyğəmbərdə olması zəruri deyil. İslam Peyğəmbəri (s) başda olmaqla peyğəmbərlərdən bəzisi bu növ ismətə nail olmuşlar. İsmətin bu mərtəbəsində olan peyğəmbərlər “Tərki övla”(Yaxşını tərk) belə etməmişlər.
“Övla” elə bir əmələ deyirlər ki, şəriət və ağıl baxımından ona əməl etmək və ya tərk etmək vacib deyildir. Ancaq tərcih tərəfə (bəyənilənə) riayət etmək daha üstündür. Yəni bir (günah və ya məkruh olmayan) işin seçimi arasında qaldıqda, əməl olunması tərcih olunduğu zaman bəzi üstün ismətə malik olanlar onları belə tərk etməmişlər.
Buna görə də 3 cümlədə “Tərki övlanı” belə izah etmək olar:
1. “Tərki övla”(Hətta Allah tərəfindən çəkindirilsə də) haramlığı yoxdur, axirət əzabına səbəb olmaz;
2. Ona riayət etmək daha yaxşı və bəyəniləndir;
3. “Tərki övla”ya əməl etməyən şəxsin gördüyü işin onun məqamı və şəxsiyyəti ilə heç bir əlaqəsi yoxdur.
Deyilənlərdən belə aydın olur ki, peyğəmbərlərin ismətini iki mərtəbəyə aid etmək olar:
1-ci mərtəbə: “Tam ismət” vəhyi qəbul edərkən, qoruyarkən, təfsir və bəyan edərkən, hətta fərdi və ictimai sahələrdə vəhyə əməl edərkən hər bir günah və xətadan uzaq olsun. Habelə camaat arasında ona inam və güvənci azaldacaq hər bir səhvdən və nöqsandan belə kənar olsun.
Cəfəri məzhəbinin nəzərinə görə bu ismət bütün peyğəmbə-rlərdə ömür sürdükləri müddətdə mövcud idi.
2-ci mərtəbə: “Ətəmm və Əkməl ismət” bu mərtəbədə “Tam ismət”də olan xüsusiyyətlərdən əlavə “Tərki ovla”ya da riayət olunur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter