Şükür namazını necə qılaq?


İmam Sadiqin şükür namazı haqqında belə buyurduğu nəql olunmuşdur: Allah sənə bir nemət bəxş etdikə iki rəkət namaz qıl; birinci rəkətdə “Fatihə” və “İxlas” surəsini oxu. İkinci rəkətdə isə “Fatihə” və “Kafirun” surəsini oxu. Birinci rəkətdə rüku və səcdələrində de: “Əlhəmdu lillə̃hi şukrən, şukrən və həmdən” (Həmd Allahındır,... ); ikinci rəkətdə rüku və səcdələrində de: “Əlhəmdu lillə̃hil-ləzi istəcə̃bə du`ã`ἶ və ə`tãnἶ məs`ələtἶ” (Həmd o Allaha məxsusdur ki, mənim duamı müstəcəb etmiş və xahişimi (istəyimi) mənə əta etmişdir).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter