Camaat namazında iştirak etmək üçün 6 mühüm nöqtələr hansılardır?
Səhabələrdən bir nəfər nəql edir: “Peyğəmbərin (s) məscidinə daxil oldum və ancaq camaat namazında iştirak etmədim.
Həzrət Peyğəmbər (s) namazdan sonra mənə buyurdu: “Niyə camaat namazında iştirak etmədin?”.
Dedim: “Bilmirdim ki, siz hələ namaz qılırsınız. Ona görə də namazı evdə qılmışdım”.
Həzrət (s) buyurdu: “Yenə də camaatla qıl, baxmayaraq ki, evdə qılsan belə”. (Həvzəh)
Camaat namazında iştirak etmək üçün 6 mühüm nöqtə:
1. Camaat namazında iştirak etmək hamı üçün müstəhəbdir, xüsusilə də məscidlə qonşu olanlar üçün.
2. Müstəhəbdir ki, insan səbir etsin və namazını camaatla qılsın.
3. Camaat namazı əvvəl vaxtda qılınmasa da, əvvəl vaxtda qılınan fərdi namazdan daha yaxşıdır.
4. Qısa qılınan camaat namazı, uzun qılınan fərdi namazdan daha yaxşıdır.
5. O zaman ki, camaat namazı qılınar, müstəhəbdir ki, hər kim namazını fərdi şəkildə qılmışdır, yenidən camaatla qılsın.
6. Camaat namazını etinasızlıq və ya onu yüngül hesab üzündən tərk etmək caiz deyildir./Deyerler.