Dini terminlərdə tez-tez üzləşdiyimiz \"İstihalə\" nədir?


İşlam şəriətində nəcis (napak) bir şeyin 10 pak olma üsulu vardır. Bunlardan su ilə yumağı və ya nəcis bir şeyin özünü aradan aparmağı misal çəkmək olar. “İstihalə”də bu növ 10 paklanma yollarından biridir.

İslaminSesi.info- İslam şəriəti yeganə dini qanunlar toplusudur ki, paklığa və halallığa bu qədər diqqətlə önəm verir. İslamda hər bir şey üçün bir bölçü, bir hədd təyin edilmişdir. Bu hədd və ölçü demək olar ki, insan həyatının bütün sahələrini əhatə edir. İnsanın yeyib-içməyindən, geyimindən, dəfn olunmağına qədər hər bir şey ilahi göstəriş əsasındadır.

Əşyaların pak və napak olaması da bu bu qəbil hökümlərdəndir ki, İslam Şəriəti Kitablarında bunlar barəsində təfərrüatı ilə izahlar verilib.
İşlam şəriətində nəcis (napak) bir şeyin 10 pak olma üsulu vardır. Bunlardan su ilə yumaqı və ya nəcis bir şeyin özünü aradan aparmağı misal çəkmək olar.

“İstihalə”də bu növ 10 paklanma yollarından biridir. İstihalə sözünün lüğti mənası halını dəyişmək, yaxud haldan-hala düşmək mənasındadır.
Şəriətdə isə nəcis (napak) bir şeyin öz təbiətini dəyişərək paklanmasına deyilir. Məsələn:
Nəcis olmuş bir su buxarlanaraq öz təbiətini dəyişir və buxara çevrilir. Bu çevrilmədən sonra həmin nəcis suyun buxarı artıq pak olur.

Yaxud nəcis (napak) olmuş bir ağac yanaraq kül olur. Baxmayaraq ağac nəcis idi. Yanıb kül olduqdan sonra yerdə qalan kül pak olur.
Yaxud şərab kimi nəcis bir içki qalaraq öz-özünə, yaxud hər hansı vasitələrlə sirkəyə çevrilirsə, artıq sirkə olduğu üçün pakdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter