Sual: Ölümdən sonra bədən üzvlərinin elmi təhqiqatlarda istifadə edilməsinin hökmü nədir?


Cavab: Ayətullah uzma Xamenei: Əgər insan həyatının xilası, cəmiyyətin ehtiyac duyduğu elmi təhqiqatlar və bəşər övladının mübtəla olduğu xəstəliklərin aşkara çıxardılması və mübarizəsi üçün meyyitin bədən üzvlərinə ehtiyac duyularsa bu yolda istifadə edilməsi caizdir. Şəxsin belə bir vəsiyyət etməsinin də heç bir maneəsi yoxdur. Lakin bir şərtlə ki, meyyitin üzvlərini çıxartmaq camaat arasında hörmətsizlik və meyyitə qarşı təhqir hesab olunmasın. Hər bir halda mümkün olduğu qədər qeyri müsəlman meyyiti olduğu halda müsəlman meyyitin üzvlərindən istifadə edilməsin.

Ayətullah Məkarim Şirazi: Bir neçə şərt əsasında meyyitin bədən üzvlərini tibbi məqsədlər üçün istifadə etmək caizdir:
A) Məqsəd yalnız insan həyatının nicatı üçün tibbi məlumatların öyrənilməsi və təkmilləşdirilməsi olsun və bunun başqa bir yolu olmasın.
B) Qeyri-müsəlman meyyit olmamış olsun
C) Zəruri və ehtiyac olan miqdarla kifayətlənilsin. Bundan artıq miqdarda istifadə caiz deyildir.
Bu deyilən şərtlərlə meyyitin bədən üzvlərindən istifadə edilməsi caiz, hətta vacibdir. Sadalanan şərtlər olmadıqda müsəlman meyyitin bədən üzvlərindən istifadə etmək caiz deyildir.

Ayətullah uzma Fazil Lənkərani: Yalnız müsəlmanların həyatının xilası üçün müsəlman meyyitin bədən üzvlərindən elmi təhqiqatlarda istifadə etmək caizdir. Bundan başqa hallarda caiz deyildir.|welayatnet


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter