Hz İbrahim (ə) Allah-Taaladan (c.c) hansı sualları soruşdu?


İBRAHİM PEYĞƏMBƏRİN (Ə) SUALLARI
1-İbrahim peyğəmbər (ə) Allah-taaladan soruşdu: “Sənin qorxundan göz yaşlarını üzünə axıdan şəxsin mükafatı nədir?”Allah-taala buyurdu: “Onun mükafatı Mənim rəhmət vərizvanımdır.”

2-\"Pərvərdigara, Sənin görüşünə ümid bəsləmək yolunda qəm-qüssəyə səbr edən şəxsin mükafatı nədir?\" \"Mən belə bir şəxsə iman libası örtərəm ki, onun vasitəsi ilə Cənnəti qazanar və Cəhənnəm odundan uzaq qalar.\"

3-\"Sənin razılığın üçün dul qadınların könlünü alan şəxsin mükafatı nədir?\" \"Mən o şəxsi Öz rəhmətimə şamil edib axirətdə də Cənnətə daxil
edərəm.\" \"Sənin razılığına görə dəfn mərasimində iştirak edən şəxsin mükafatı nədir?\" \"Belə bir kəs ölən zaman Mənim mələklərim onun cənazəsinə namaz qılar və ona şəfaət edərlər.\"


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter