Kişi hansı halda qadına meyit qüslu verə bilər?


Kişinin qadına, qadının kişiyə meyit qüslu verməsi icazəlidirmi?
İslaminSesi.info- Müqəddəs İslam şəriəti Allah Təalanın qanunlarını insanlara bəyan edən qanunlar toplusudur. Bu qanunlardan biri də meyitlə bağlı məsələlərdir ki, hər bir müsəlman bu qanunlara riaət etməli, ilahi həddləri gözləməlidir.

Elə isə kişinin qadına, qadının kişiyə meyit qüslu verməsi icazəlidirmi?

Cavab:

1- Kişinin qadına, qadının kişiyə meyit qüslu verməsi icazəli deyil, qüsul batildir.

2- Yalnız ər öz arvadına, arvad öz ərinə meyit qüslu verə bilər. Lakin ehtiyat müstəhəb budur ki, meyitlə eyni cinsdən olan varsa bu tərk olunsun.

3- Yalnız 3 yaşından aşağı qızlara kişi, yaxud 3 yaşdan aşağı oğlana qadın qüsul verə bilər.

Qeyd: Yalnız zəruri hallarda, eyni cinsin nümayəndəsi tapılmadıqda əks cinsdən olan birisi meyitə qüsl verə bilər. Bu şərtlə ki, parçanın üstündən və əlinə əlcək geyməklə olsun. (İstifadə olunmuş ədəbiyyat: Urvətul-vüsqa)/Yaşar Nuriyev


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter