Qüsulda hansı ardıcıllığa riayət olunmalıdır?
Tərtibdə (ardıcıllıqda) bütün qüsullar eynidir.
İslaminSesi.info- Paklığ bütün ibadətlərin əsasıdır. İnsan ibadətlərinin qəbulu və düzgün olması üçün həm cismi, həm də mənəvi paklığa diqqət etməlidir.
Mənəvi paklıq dedikdə əxlaq normalarını gözləmək, cismi paklığ isə şəriətin göstərişinə əsasən bədənin və digər əşyaların murdardan qorunması və pak edilməsi nəzərdə tutulur.
Qüsul almaq həm mənəvi, həm də bədən paklığını özündə birləşdirir. Təbii ki, hər bir işin özünə məxsus nizam və qədəri olduğu kimi qüslun da müəyyən göstərişləri vardır. Həmçinin tərtib (ardıcıllıqda) və keyfiyyət baxımından bütün qüsullar eynidir. Fərq yalnız niyyətdədir.
Sual:
Mən qüsu alar kən öncə sağ tərəfimi çiyindən ayaqların ucuna qədər, sonra baş, boyun-boğaz hissəmi, daha sonra sol tərəfi çiyindən ayaqların ucuna qədər yudum. Namazlarımın hökmü nədir?
Cavab:
Ayətullah Xamenei:
Deyilən şəkildə olan qüsul batildir (düzgün deyil). Hədəsi (qüslu) aradan aparmır. Bu növ batil qüsulla qılınan namazların qəzası yerinə yetirilməlidir. Lakin oruca gəlincə cənabətli (qüsullu) qalmaq qəsdən olmadığı üçün oruc səhihdir (düzgün).
Qeyd: Demək olar ki, təqlid mərəcələrin böyük əksəriyyəti qüsulların öncə baş, boyun-boğaz, sonra sağ tərəfin yuyulması, sonra isə sol tərəfin yuyulması tərtibi (ardıcıllığı) ilə yerinə yetirilməsinə fətva verirlər./Yaşar Nuriyev