Yol kənarından keçərkən başqasının əkinində olan ağacdan hansı 5 beş şərtlə meyvə yemək olar?


Fiqhi kitablarda gəlmişdir: Yol keçən şəxsin haqqı. İki cürə təsəvvür oluna bilər:

1-Xiyaban və ümumi keçidlərdə yerləşən ağacların meyvələrindən istifadə etmək hamı üçün halaldır./mizanonline.

2-İnsanların bağlarına aid olan ağacların meyvələrindən istifadə etmək üçün aşağıdakı sadaladığımız 5 məsələyə diqqət yetirmək lazımdır:

a) Meyvə bağın ağacının budağı ümumi keçir yolunda olsun və şəxs meyvə yemək üçün keçmək niyyəti olmasın,
b) Meyvə bağın ağacından meyvə dərməsi fəsad törətməsin... yəni ağacın budaqlarına zərər verməsin.
c) Yol kənarında olan ağacdan yeməklə kifayətlənsin, özü ilə aparmağa haqlı deyil,
d) Meyvə bağın və ya əkinin divar və hasarı olmasın,
s) Mervə bağına sahib olanın razılığı və ya narahatçılığından xəbəri olmasın,

3-Ümumiyyətlə bu iki sadalanan yerlərdən olmasa başqasının bağının meyvə ağaclarından istifadə etmək olmaz./sualcavab.ge


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter