Atmaq istədiyimiz kağızda Allahın adı yazılıbsa... ona qarşı şəri vəzifəmiz nədir?


Allahın, müqəddəs şəxslərin adları və dua mətnləri yazılan vərəqləri necə məhv etmək daha düzgündür?

Allahın və müqəddəs şəxslərin adları, Quran yazısı, dua vərəqləri şəriətimizdə möhtərəm sayılır. Onlara dəstəmazsız halda toxunmaq günahdır.

Belə isə, bu yazıları hörmətsizliyə və təhqirə məruz qoymaq da günah sayılır. Bu kimi yazıları zibilliyə və yaxud küçəyə, ayaq altına atmaq olmaz. Bəzən insanlar yanlışlıq üzündən düşünürlər ki, bu yazıları yandırsalar daha yaxşıdır.

Amma əslində müqəddəs yazıları bu üsulla məhv etmək də hörmətsizlik hesab edilir.

Ona görə də müqəddəs yazıları iki üsulla məhx etməyi məsləhət görürük. Birinci üsul budur ki, yazı əgər mürəkkəblə (və ya zəfəran, gülab kimi vasitələrlə) yazılıbsa, kağızı suyun altına tutub saxlamaq olar ki, mürəkkəb su ilə yuyulsun. Yazı tam yuyulub gedəndən sonra kağızı atmaq olar. Əgər yazı qabın üzərində yazılmışsa, yazını yuyandan sonra qabı işlətmək də olar.

Daha asan üsul isə budur ki, müqəddəs yazıları ayaq altından uzaq bir yerdə torpağın altında basdırsınlar. Bu halda yazı təbii proses nəticəsində özü çürüyüb aradan gedəcək.

Əlbəttə, əgər kağızın yalnız bir hissəsində müqəddəs adlar yazılıbsa, o hissəni kəsib həmin üsulla məhv etmək kifayətdir.islaminsesi.org\\


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter