Salam verən uşaq olsa belə cavabı vacibdirmi?
Salam Allahın qüdsi adlarındandır.
İslaminSesi.info- Əs- Salam Allahın qüdsi adlarındandır. Salam insanlar arasında rabitədir. Salam insanları bir-birinə bağlayan bağdır.
Hədislərdə salamlaşmağa, salam verib almağa xüsusi önəm verilib. Hətta Peyğəmbərdən (s) nəql olunmuş bir hədisdə deyilir ki, salamın 70 savabı vardır. Bu savabın 69- u salam verənə məxsusdur. Bu da insanları birinci salam verməyə, insanlar arasında xoş ünsiyəti bərqərar etməyə təşviq edir.
Şəriət baxımından salam vermək müstəhəb (savab), cavabını almaq isə vacibdir. Hətta namaz zamanı sənə salam verilsə gərək cavabını qaytarasan. Bu şərtləki “Səlam” kəlməsi əvvəldə deyilsin- məs: Əs-əlamu aleykum.
Elə isə salam verənlərin sayında və yaşında fərq varmı? Bu halda vəzifəmiz nədir?
Cavab 1- Müməyyiz uşağın (pisi yaxşıdan ayıra bilən) salamının cavabı, istər qız olsun, istər oğlan böyüklərin verdiyi salamın cavabı kimidir.
Cavab 2- Əgər bir şəxs bir neçə dəfə salam versə bir cavab kifayət edir.
Cavab 3- Əgər bir neçə nəfərin verdiyi salamlar bir salam hesab olunursa bir cavab kifayət edir.
Mənbə: Ayətullah Xamenei. İstiftaat.
Yaşar Nuriyev