“Cümə gününün qüslu”nu cümənin gecəsində almaq olarmı?
Bəzən müyyən işlərlə əlaqədar cümə gününün müstəhəb qüslundan məhrum oluruq.
İslaminSesi.info- Cümə gününün qüslu təkidlə buyurulmuş müstəhəblərdəndir. Müstəhəbdir ki, cümə günü sübh əzanından zöhr əzanına qədər vaxt ərzində cümə qüslu alınsın. Daha yaxşı olar ki, bu müstəhəb qüsul zöhrə yaxın edilsin.
Fəqihlərin nəzəri budur ki, zöhrə qədər müəyyən üzürlü səbəblərdən bu qüslu icra edə bilməyənlər əda, qəza niyyəti etmədən “ma fi zimmə” (öhdəlikdə olan) niyyəti ilə yerinə yetirsinlər.
Hətta fəqihlər cümə günü qüsul ala bilməyənlər üçün şənbə günü sübhdən məğribə qədər “qəza” niyyəti ilə qüsul almalarının müstəhəb olduğunu da qeyd edirlər.
Lakin bəzən müyyən işlərlə əlaqədar bu işi də edə bilmirik və cümə gününün müstəhəb qüslunun fəzilətində məhrum oluruq.
Bu zaman cümə axşamı gecəsi “Cümə” qüslu ala bilərikmi?
Cavab: Layiqdir ki, hər kəs cümə günü su tapmayacağı və qüsul almağa müəssər olmayacağını bilərsə cüməaxşamı günü (cümənin gecəsində) qüsul ala bilər. Bəlkə bunu ümüd inyyəti ilə etsin. (Ayətullah Xomeyni və Ayətullah Vəhid Xorasani)