Əgər zəlzələni hiss etməsək belə Ayət namazı bizə vacib olurmu?


Xatırladaq ki, ayət namazı zəlzələ, ay - günəş tutulması və qara – qırmızı küləklər zamanı qılınan namazdır.
İslaminSesi.info- Ayət namazı aşağıdakı 4 hadisə zamanı qılınan vacib namazdır:

Günəş tutulması
Ay tutulması
Zəlzələ olduqda
Qara – qırmızı qorxuducu külək əsdikdə.

Bu namaz 2 rəkətli və hər rəkətdə 5 rüku vardır. Hər rəkətdə Həmd və bir surə oxuyub rükuya gedirsən, rükudan qalxıb yenə həmd surə oxuyub rükuya gedirsən beləcə 5 dəfə bunu təkrar edib 2 səcdə edirsən və qalxıb bu minvalla 2-ci rəkəti də qılıb namazı tamamlayırsan.

Sual: Bəs zəlzələ zamanı bu zəlzələni hiss etməsək və ya qoxmasaq bizə namaz vacib olurmu?

Cavab: Ayətullah Xamenei : Əgər zəlzələ zamanı özünüz onu hiss etməsəniz Ayət namazı sizə vacib deyil.


Ayətullah Məkarim Şirazi: Əgər zəlzələ müəyyən cihazlar vasitəsi ilə hiss olunmasa namaz yoxdur. Yox əgər cihazlar hiss edə amma aşkarda hiss olunmasa ehtiyat budur ki, ayət namazı
qılınsın.

Ayətullah Behcət: Əgər elm və əminlik hasil olarsa namaz vacib olur.

Ayətullah Sistani: Ayət namazı o halda vacib olur ki, onu vacib edən hallar baş versin və hiss olunsun. Yalnız o yerin əhalisinə vacib olur. Başqa yerin əhalisinə vacib deyil. (Tozihul-məsail)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter