Öz dilimizdə olan ayələrə və Allah kəlməsinə dəstəmazsız toxunmaq olmarmı?


Quranın dili ilə yazılan Allah kəlməsinə dəstəmazsız toxunmaq icazəli deyil.
İslaminSesi.info- Şəriətin buyurduğuna görə dəstəmazsız halda Quran yazılarına toxunmaq olmaz. Amma dəstəmazsız Quranın cildinə toxunmağın, ona baxmağın, vərəqləməyin, oxumağın eybi yoxdur.

Allah kəliməsinə- اللَّهِ Ləfzi Cəlalə deyilir. Dəstəmazsız ləfzi cəlaləyə toxunmaq olmaz.( Sistani: Ehtiyat vacibə görə caiz deyil. Hətta mürəkkəb bir adın tərkibində olsa belə)


1-Bəs öz dilimizdə və ərəb dilindən başqa dillərdə olan “Allah” kəlməsinə dəstəmazsız toxunmaq olarmı?

Cavab- Hansı dildə olmasından aslı olmayaraq dəstəmazsız Allahu Təalanın adına toxunmaq haramdır. Həmçinin Peyğəmbərin (s) , İmamların və Xanım Zəhranında (ə) adları bu hökümdədir. (İmam Xomeyni)


2-Tərkibində Allah kəlməsi işlənən mürəkkəb adlar da bu hökümdərirmi? (məs- Abdullah).

Allah kəlməsinə dəstəmazsız toxunmaq işkallıdır. Bu kəlimə mürəkkəb adın tərkibində olsa belə.


3-Elə kəlmələr vardır ki, Quranla ortaq kəlmədir, onlara dəstəmazsız toxunmaq olarmı? Məs-Bəni İsrail kimi?

Quranla ortaq olan kəlmələr əgər mövzuda Qurana aiddirsə dəstəmazsız toxunmaq olmaz. Amma mövzuda Qurana aid deyilsə toxunmağın eybi yoxdur.


4-Ərəb dilindən qeyri dildə olan Quran ayələrinə dəstəmaz olmadan toxunmaqın hökmü nədir?

Quranın yazısına dəstəmazsız toxunmaq, yaxud bədənin hər hansı bir hissəsi toxundurmaq haramdır. Amma Quranın tərcüməsinə dəstəmazsız toxunmağın işkalı yoxdur. (İmam Xomeyni, Ayətullah Lənkərani, Sistani, Zəncani, Behcət, Məkarim Şirazi).


Yaşar Nuriyev


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter